Diqqət: Neqativ düşünənlərdə bu hal sürətlənir Vecinə alma prinsipi ilə hərəkət et
Icma.az, Bizim media saytına istinadən bildirir.
Daim qara fikirlərə köklənən, hadisələrə yalnız mənfi prizmadan baxan insanlar ciddi risk altındadır.
Bizim.Media xəbər verir ki, alimlərin apardığı son araşdırmalar göstərir: davamlı neqativ düşüncə tərzi demensiyanın daha tez inkişaf etməsinə və xəstəliyin əlamətlərinin ağırlaşmasına birbaşa təsir göstərə bilər.
Mütəxəssislərin sözlərinə görə, sağlam beyində “optimist sürüşmə” adlanan təbii qoruyucu mexanizm mövcuddur.
Bu mexanizm insanın stress, qorxu və narahatlıqlar qarşısında psixoloji tarazlığını qorumasına kömək edir. Lakin uzun müddət pessimist düşünən insanlarda bu “qalxan” zəifləyir və beyin daha tez zədələnməyə başlayır.
Araşdırmalarda vurğulanır ki, neqativ fikirlərə köklənmə yaddaş zəifləməsini sürətləndirir, diqqət və düşünmə qabiliyyətinə mənfi təsir göstərir. Nəticədə demensiya prosesi həm daha erkən başlaya, həm də daha ağır formada irəliləyə bilər.
Alimlər bildirirlər ki, “buna fikir vermə” kimi sadə səslənən tövsiyə bu halda təsadüfi deyil.
Neqativ düşüncədən uzaq durmaq, psixoloji balansı qorumaq və müsbət düşünmə vərdişlərini gücləndirmək beyin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 Yanvar 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















