Icma.az
close
up
RU
3 cü Şimal dənizi hövzəsi Sammiti...

3 cü Şimal dənizi hövzəsi Sammiti...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hövzə ölkələri Arktikanın təhlükəsizliyini gücləndirməyə çalışır

ABŞ Prezidenti Donald Trampın dünyanın ən böyük adası olan Qrelandiyanı ələ keçirmək planı Avropada təhlükəsizlik üçün təhdid hesab olunur. Çünki adanın məxsus olduğu Danimarka və digər Avropa ölkələri Trampın mövqeyini qəbul etmir. Hətta Avropa ölkələri Qrelandiyada hərbi mövcudluqlarını artırmaq niyyətindədirlər. İş burasındadır ki, həm ABŞ, həm də Avropa ölkələri NATO-nun üzvləridir. Yaranmış vəziyyət isə alyans daxilində ciddi qarşıdurma yarada bilər.

Rutte: Avropa ABŞ olmadan özünü müdafiə etmək gücündə deyil

Bütün bunların fonunda Ağ Ev rəhbəri əminliklə söyləyir ki, ABŞ olmadan Avropa öz təhlükəsizliyini təmin edə bilməz. Bu reallığı NATO-nun Baş katibi Mark R?tte də etiraf edib. O,  Avropa Parlamentinin xarici işlər və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı deyib ki, Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil.  “Avropanın ABŞ-sız özünü qoruya biləcəyini düşünənlər xəyallarla yaşamağa davam edə bilərlər”, - deyən Baş katib vurğulayıb ki, ABŞ bundan sonra da Avropada güclü hərbi mövcudluğunu saxlayacaq. NATO çərçivəsində Arktika və Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı ayrıca istiqamətlər üzrə iş aparılır. Bununla yanaşı, Qrenlandiya məsələsi və Ukraynadakı müharibə ayrı-ayrılıqda müzakirə olunur. Alyans rəhbərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin NATO-dan ayrı Avropa müdafiə sistemində maraqlı ola bilər.

Rüttenin açıqlamaları ABŞ Prezidenti Donald Trampa göndərdiyi və amerikalı lideri təriflədiyi SMS mesajına görə ünvanına səslənən tənqidlər fonunda verilib. Ağ Ev rəhbəri sözügedən mesajı “Truth Social” şəbəkəsində yayımlayıb. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı NATO-nun Baş katibi bildirib: “Hazırda mən sizdə populyar deyiləm, çünki Trampı müdafiə edirəm. Amma düşünürəm ki, onun hakimiyyətdə olmasına sevinə bilərsiniz. O, Avropada bizi məsuliyyəti üzərimizə götürməyə və şəxsi müdafiəmizlə daha ciddi məşğul olmağa vadar etdi”.

Nəzərə alaq ki, Tramp Davosda çıxışı zamanı adaya nəzarəti ələ keçirmək üçün hərbi güc tətbiq etmək niyyətində olmadığını deyib, lakin ABŞ-ın Qrenlandiyaya ehtiyacı olduğunu da vurğulayıb: “Bu bizə strateji, milli və beynəlxalq təhlükəsizlik baxımından lazımdır. Bu, Şimali Amerikanın bir hissəsidir və bizim ərazimizdir”.

ABŞ tərəfində yaranmış anlaşılmazlıq...

Almaniyanın müdafiə naziri Boris Pistorius isə ABŞ-ın Qrenlandiya məsələsi ilə bağlı gömrük mübahisəsində Almaniyanın guya eskalasiyaya səbəb olması ilə bağlı ittihamlarını rədd edib. Nazir bu barədə ARD telekanalına açıqlamasında Bundesverin hərbçilərinin NATO çərçivəsində Qrenlandiyaya göndərilməsini doğru addım hesab edərək deyib: “NATO-da hamı bundan məlumatlı idi. Bu, NATO tərəfdaşları arasında razılaşdırılmış addım idi”. O, kəşfiyyat missiyasının başlanmasından qısa müddət sonra ABŞ Prezidenti Donald Trampın Almaniyanı gömrük rüsumları ilə təhdid etdiyini, lakin sonradan bu təhdidləri geri götürdüyünü qeyd edərək, bunun ABŞ tərəfində yaranmış anlaşılmazlıq olduğunu vurğulayıb. Missiyanın eskalasiyaya səbəb olmadığını vurğulayan nazir bildirib: “ABŞ Prezidenti tərəfindən gömrük rüsumlarının geri götürülməsi göstərir ki, Vaşinqtonda açıq bir anlaşılmazlıq yaranmışdı”. O, bu addımın heç kimə qarşı yönəlmədiyini, məqsədin NATO-nun Qrenlandiyadakı məsuliyyətini göstərmək olduğunu vurğulayıb.

B.Pistorius, həmçinin Donald Trampın Davos Forumunda NATO-nun Baş katibi ilə Qrenlandiya məsələsi barədə gələcək çərçivə razılaşması barədə razılığın əldə olunmasına da münasibət bildirib. Müdafiə naziri bunun hər hansı rəsmi razılaşma deyil, adi müzakirə olduğunu qeyd edərək, Qrenlandiya və Danimarkanın danışıqlarda iştirak etmədiyini deyib.

Bu arada, Almaniyanın Hamburq şəhərində Şimal dənizi hövzəsi ölkələrinin dövlət və hökumət başçılarının üçüncü sammiti keçirilib. Avropanın 9 ölkəsinin - Belçika, Danimarka, Fransa, İrlandiya, İslandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniyanın təmsil olunduğu sammitə Avropa Komissiyası, NATO və 140-dan çox şirkət, birlik və qeyri-hökumət təşkilatının nümayəndələri də qatılıb. Xatırladaq ki, Şimal dənizi Sammiti ilk dəfə 2022-ci ildə Danimarkanın təşəbbüsü ilə Esbyerq liman şəhərində təşkil olunub. Sammitin əsas məqsədi Rusiya-Ukrayna müharibəsi fonunda Şimal dənizi ölkələrinin dənizdə külək enerjisinin inkişafı sahəsində əməkdaşlığını gücləndirmək və bununla da Rusiyadan fosil yanacaq idxalından asılılığı azaltmaq olub.

Yeni qərarlar...

Bu dəfə isə sammitdə 2 əsas məsələ - dənizdə yeni külək enerjisi qurğularının inşasının sürətləndirilməsi və Şimal dənizi regionunda təhlükəsizlik məsələləri gündəmdə olub. Almaniya Kansleri Fridrix Merts çıxışında geosiyasi çağırışlara toxunaraq, gələcəkdə əhalinin daha yaxşı qorunmasının vacibliyini vurğulayaraq deyib: “Xüsusilə Danimarka və Qrenlandiya əhalisi bizim həmrəyliyimizə arxalana bilər”. Fridrix Merts Avropanın Arktikanın təhlükəsizliyinin təmin edilməsi üçün daha çox iş görəcəyini bildirib. O, məsələnin ümumi maraqlara cavab verdiyini qeyd edərək, şimal regionunun daha effektiv qorunması üçün birgə səylərin əhəmiyyətini vurğulayıb.

Danimarkanın Baş naziri Mette Frederiksen isə Qrenlandiyada NATO hərbi kontingentinin yerləşdirilməsinin təkcə Alyansın şimal cinahı üçün deyil, eyni zamanda, geosiyasi baxımdan da mühüm əhəmiyyət daşıdığını ifadə edib.

Sammitdə iştirakçı ölkələr konkret tədbirlər paketi qəbul edib. Əsas diqqət dənizdə külək parklarının və müvafiq elektrik şəbəkələrinin genişləndirilməsində regional koordinasiyanın və maliyyələşdirmənin gücləndirilməsinə yönəldilib. Şimal dənizi ölkələri 100 qiqavata qədər istehsal gücünü transsərhəd şəkildə birləşdirmək barədə razılığa gəlib.

Bundan başqa, dənizdə külək enerjisi sənayesi və ötürücü şəbəkə operatorları arasında imzalanmış birgə investisiya paktı çərçivəsində regionun dünyada təmiz enerji üzrə ən böyük mərkəzə çevrilməsi məqsədilə bir sıra tədbirlər razılaşdırılıb. Bu çərçivədə Şimal dənizi ölkələri 2030-cu ildən sonrakı dövr üçün də dənizdə külək enerjisi üzrə tenderlərin sabit axınının təmin olunmasını hədəfləyir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri