Icma.az
close
up
RU
DİQQƏT! Süni intellektdən bu mövzuları soruşmayın PROFESSOR AÇIQLADI

DİQQƏT! Süni intellektdən bu mövzuları soruşmayın PROFESSOR AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dövrdə insanların sağlamlıqla bağlı məlumat əldə etmə imkanları xeyli genişlənib. İnternet, sosial media və süni intellekt əsaslı platformalar vasitəsilə istənilən şəxs müxtəlif xəstəliklər, dərmanlar və müalicə üsulları barədə məlumat toplaya bilir. Lakin bu rahatlıq bəzən yanlış başa düşülür və insanlar həkim məsləhəti olmadan özbaşına müalicəyə başlamağa meylli olurlar. Son zamanlarda isə bəzi insanlar səhhətindəki problemlərlə bağlı həkimə getmək əvəzinə "ChatGPT" ilə məsləhətləşir. İddialara görə isə, "ChatGPT" səhiyyə sahəsində insanlara yanlış məlumatlar verir. Ümumiyyətlə bu nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, resept yazmaq, xəstəyə diaqnoz qoymaq və müalicə təyin etmək səlahiyyəti yalnız və yalnız həkimə məxsusdur:

"Bu, tibbin əsas prinsiplərindən biridir və hər bir insan bunu dəqiq şəkildə bilməlidir. Tibbi təyinat və müalicə prosesi xüsusi bilik, təcrübə və məsuliyyət tələb edir. Hər hansı bir dərmanın və ya müalicə üsulunun yanlış istifadəsi insan sağlamlığı üçün ciddi fəsadlara, hətta həyati təhlükəyə səbəb ola bilər. "ChatGPT" kimi süni intellekt sistemləri və ya digər məlumat mənbələri yalnız ümumi informasiya əldə etmək, maariflənmək və tibbi anlayışlar haqqında ilkin məlumat toplamaq məqsədilə istifadə edilə bilər. Lakin bu platformaların verdiyi hər hansı məsləhət və ya məlumat heç bir halda həkim məsləhətini əvəz etmir və rəsmi tibbi təyinat kimi qəbul edilə bilməz.

Təxirəsalınmaz və ya fövqəladə vəziyyətlərdə ilkin məlumat almaq mümkündür, lakin belə hallarda belə ilk addım mütləq həkimə müraciət etmək olmalıdır. Düzgün diaqnozun qoyulması, uyğun müalicə planının hazırlanması və xəstənin vəziyyətinə nəzarət yalnız tibbi ixtisası və səlahiyyəti olan mütəxəssislərin işidir. Bu səbəbdən insanlar aydın şəkildə dərk etməlidirlər ki, həkim təyinatı olmadan heç bir dərman qəbul etmək, müalicəyə başlamaq və ya başqasına hər hansı tibbi vasitə vermək olmaz. Hər bir şəxs sağlamlığını qorumaq üçün məsuliyyətli davranmalı, istənilən tibbi məsələdə mütləq şəkildə peşəkar həkimə müraciət etməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri