Diqqət: uşaqlara arasında yayılan virusun əlamətləri
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, altısının isə müalicəsi sığınacaqda davam etdirilir. Daha 24 uşağın virusa yoluxma riski olduğu bildirilir.
Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Axar.az-a açıqlamasında bildirib ki, virus ürəkbulanma, qusma, yüksək temperaturla başlayır və bəzi uşaqlarda burun qanaxması, ishal kimi əlamətlərlə müşahidə olunur.
“Hazırda vəziyyətləri orta ağır dəyərləndirilir. İki uşaq xəstəxanaya yerləşdirilib, digər altı uşaq isə həkimlərin yazdığı müalicə əsasında sığınacaqda müalicə alır. Ümumi vəziyyətləri stabilləşməyə doğru gedir”, - o qeyd edib.
Baxış sayı:125
Bu xəbər 02 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















