Icma.az
close
up
RU

Yeni yayılan virusun əlamətləri İnfeksionist AÇIQLADI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Son günlərdə rast gəlinən mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir. Bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir.

Lent.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov söyləyib.

O bildirib ki, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir:

“Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər.

Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin də zədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər”.

Mütəxəssisin sözlərinə görə, fərqləndirici əlamətlər əsasən onların xarakterik gediş xüsusiyyətləridir: 

“Yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri