Diqqəti yoldan yayınan sürücülərin dəhşət saçan qəzaları VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın müxtəlif küçələrində baş vermiş yol nəqliyyat hadisələrinin videosunu yayıb. Avtosfer.az xəbər verir ki, qəzaların hər üçü yolayrıcında baş verib.
Belə ki, svetoforun qırmızı işığında hərəkət edən sürücülər yaşıl işıqdan keçən avtomobillərlə toqquşaraq ağır qəzaya səbəb olublar. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Qəzaya səbəb olan sürücülərin yolayrıcına yaxınlaşan zaman tormozdan istifadə etmədikləri videogörüntüdən aydın şəkildə görünür. Onlar gəldiyi sürətlə yolayrıcına daxil olaraq qəzaya səbəb olublar. Ehtimal olunur ki, həmin vaxt diqqətləri yolda olmayıb. Sürücülərin əksəriyyəti sükan arxasında mobil telefondan istifadə edirlər. Bu isə fikri yoldan yayındırır və nəticədə belə qəzalara gətirib çıxarır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















