Icma.az
close
up
RU
DİQQƏT:Yağışlar davam edərsə meyvə və tərəvəz qıt olacaq REPORTAJ

DİQQƏT:Yağışlar davam edərsə meyvə və tərəvəz qıt olacaq REPORTAJ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd məhsulları insanların gündəlik ehtiyaclarını ödəyən vacib məhsullardır. Onların qiymətləri müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Əsas amillərdən biri ümumi bazar vəziyyətidir. Tələb və təklifin nisbəti qiymətlərin artmasına və ya azalmasına səbəb olur. Havanın təsiri də bu sahədə mühüm rol oynayır. Quraqlıq, dolu və ya intensiv yağış məhsuldarlığı azalda bilər. Bu da qiymətlərə birbaşa təsir göstərir. Bəs kənd məhsullarının qiymətinə hava şəraiti necə təsir edir? Ümumi bazar vəziyyəti qiymət dəyişkənliyində hansı rolu oynayır? SİA bu barədə reportaj hazırlayıb.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edir ki, iqtisadiyyatın aqrar sektoru dövlət tərəfindən dəstəklənir. Bu subsidiyalar şəklində, fermerlərə həm maliyyə dəstəyi ilə, həm də aqrar sektorda vergilərdən azad olunmaqla və digər formalarda özünü göstərir: "Son illər ölkəmizdə aqrar sektorda kifayət qədər irəliləyişlər əldə olunmuş, məhsulların istehsal prosesində artımlara nail olunmuşdur. Amma aqrar sektor iqlimin özünü necə aparmasında da asılıdır. Çünki iqlimin təsiri aqrar sektora olduqca çox olur. Bu il havaların sərt keçməsi, leysanlı yağışların olması, hətta dağlıq rayonlarda qarın düşməsi məhsuldarlığın azalmasına öz təsirini göstərir.

Tez gül açılan meyvə ağaclarında məhsuldarlığın az olacağı barəsində fikir yürütmək mümkündür. Artıq o ağaclarda güllərin tökülməsi və müyvələrin tutmamasıda müşahidə olunur. Səməd Vurğunun gözəl bir şeiri vardır:

Muğan muğan olsa, biri min eylər,

Muğan tufan olsa, mini heç eylər.

Bu baxımdan iqlimin sərt keçməsi təbii ki. öz məhsuldarlığına öz mənfi təsirini göstərir. Digər tərəfdən isə başqa məhsullarda, yəni əkin sahələrinə müsbət təsiri var. Bitkiçiliyin, taxılçılığın inkişafında məhsuldarlığın yüksək olacağı barəsində də fikir yürüdə bilərik".

Mövzu ilə bağlı satıcı və alıcıların da fikirlərini öyrəndik. Onların sözlərinə görə, meyvələr ilk çıxan vaxt daha baha olur. Lakin mövsümunə yaxınlaşdıqca, qiymətlərdə enmə müşahidə olunur.

Satıcı Həsrət Hüseynov: "Yağışla əlaqədar olaraq qiymətlər biraz bahalaşıb. Çünki yağış və dolu məhsulları məhv edir. Ona görə də qiymətlədə biraz fərq var. Hal-hazırda qarpız yerli deyil, İran məhsuludur. Qarpızın kilosu 2 manat təşkil edir. Buna baxmayaraq yerli qarpızın çıxmasına hələ vaxt var. Ona görə də qiymətə elədə təsir etməyəcək. Lakin yağışla əlaqədar olaraq, çiyələk və alçanın qiymətlərində artım yaxud azalma müşahidə olunacaq".

Satıcı Təzəgül: "Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Meyvələr ilk dəfə çıxanda təbii ki, qiymətlər yüksək olur. Lakin vaxt keçdikcə meyvələr çoxaldıqca qiymətlərdə də enmə müşahidə olunur. Alçanın qiyməti əvvəl 70-60 manata idisə, indi 20-10 manat arası dəyişir. Təbii ki hər kəs istəyər ki, öz məhsulunu yaxşı qiymətə satsın, çünki əziyyət çəkirlər. Bizim çay məhsullarının qiyməti isə heç vaxt dəyişmir. Mən çayların bütün növlərini çox yaxşı tanıyıram. Həmçinin ən dadlı çaylar sırasında buket çayı yer alır".

Satıcı Amin Seyidov: "Hal-hazırda sezonu olan göyçə alçasının kilosu 10-15 manat aralığında dəyişir. Bu növ alça Göyçay, Bakının Zirə kəndi və Şəmkirdən gəlir. Bundan hardasa 10 gün bundan qabaq göyçə alçasının qiyməti 70-60 manat arası dəyişirdisə, indiki halda bu 25-20 manat arası dəyişir. Həmçinin çiyələyin qiyməti artıq 4-5 manata düşüb. Bununla yanaşı əriyin kilosu 10-15 manat arası dəyişir. Hava nə qədər isti olarsa meyvələr də o qədər ucuz olur".

Alıcı Ruhulla İdrisoğlu: "Mən bir alıcı olaraq qiymətlərdən çox razıyam. Aldığım məhsullarda bütün qiymətlər normaldır. Qiymətlər əsasən məhsullar bazara az gəldikdə dəyişir. Bazarda isə məhsul olduqca boldur. Hə cür qiymətə məhsul tapmaq mümkündür. Almanın qiyməti 1-5 manat arası dəyişir. Amma təbii ki, qiymətlər məhsulun növündəndə asılıdır".

Alıcı Qərənfil Sultanova: "Pomidor və xiyar olduqca bahadır. Mövsümi tərəvəzlərin qiyməti olduqca bahadır. Hətta xiyarın kilosu 5 manatdan 3,50 manata düşüb. Hal-hazırda əsasən yeyilən və vitaminli olan tərəvəzlər bunlardır. Lakin baha olduğu üçün almaq mümkün deyil".

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli də fikirlərini bildirib. Onun sözlərinə görə, yaz aylarında havaların dəyişkən keçməsi və küləyin, yağışın bol olması bir çox sahələrə zərərə versə də, bəzi sahələrə də müsbət təsir edir: "Məsələ burasındadır ki, erkən yazda ağacların çiçəkləmə dövrü olur. Orada yağış çiçəklərə müəyyən zərərlər verir və tozlanma prosesini pozur. Amma bu il yağışların yağması uzun müddət baş vermədi".

İqtisadçı-ekspert qeyd edir ki, ağacların çiçək açan vaxtı bir-iki gün yağan yağış o qədərdə ziyan vurmur: " hal-hazırda müşahidələr onu göstərir ki, erkən yazda çiçəkləyən meyvələr, yaz ayında bol meyvə olacağının müjdəsini verir. Keçən illəri ərik olduqca qıt idi.klakin bu il boldur. Albalı, şaftalı meyvələrində məhsuldarlıq bol olacaq. Mən deyərdim ki, bu il ötən il ilə müqayisə də məhsuldarlıq bol ola bilər. Bundan sonrakı günlərdə dəyişkən hava çəraitinin davamlılığı olmasa bol meyvə və tərəvəız yetişə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri