Icma.az
close
up
RU
Dirçəliş və Böyük Qayıdış uğurla davam edir

Dirçəliş və Böyük Qayıdış uğurla davam edir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dirçəliş və Böyük Qayıdış uğurla davam edir. Ötən ay Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi Ağdam, Xocalı, Ağdərə istiqamətində həyata keçirilib. May ayında isə Böyük Qayıdışımız, Qalibiyyət Köçümüz Ağdam rayonunun Kəngərli kəndindən başladı. Adı kimi özü də qədim olan Kəngərli kəndi üçün mayın 10-u onun ən yeni tarixinin başlanğıcı oldu. Kəngərli kəndinə köçən sakinlərlə görüşündə Prezident İlham Əliyev haqlı olaraq söylədi ki, bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük.
Bəli, yalnız bu torpaqların əzəli sahibləri, əbədi sakinləri burada qurub-yaratmağa can atar, onun qayğısına qalar. Ermənistanın işğal dövründə Ağdamı "Cənubi Qafqazın Xirosiması"na, "Ruhlar şəhəri"nə çevirməsi isə ermənilərin işğalçı olduğunu, bu torpaqlara yad olduğunu isbatlayırdı. Lakin biz isə Ağdamı və azad edilmiş digər şəhərlərimizi, kəndlərimizi xarabalıqların içindən dirçəltməklə, yenidən qurmaqla göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi yalnız bu torpağın həqiqi sahibi bu torpaqda qurub-yaradır.
Mən Birinci Qarabağ müharibəsi zamanı Ağdamın müdafiəsi uğrunda döyüşlərin iştirakçısı olmuşam. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra isə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə təşkil olunan siyasi partiyaların rəhbərlərinin və politoloqların Ağdama səfəri çərçivəsində erməni işğalçılarının Ağdamda törətdiyi dəhşətli vandalizmin izlərini öz gözlərimlə görmüşəm. Həmin vaxt Ağdamın ürəkparçalayan qorxunc görüntüləri gerçəkdən də əsl ruhlar şəhərini xatırladırdı. Yağmalanmış, yandırılmış o uçuq evlərdən sanki yarıda qırılan ömürlərin, yarımçıq qalan arzuların fəryad səsləri eşidilirdi.
Füzulidə, Cəbrayılda olduğu kimi Ağdam rayonunda da bir dənə də salamat bina qalmamışdı. Həm Ağdam şəhəri, həm də rayonun işğal edilən bütün kəndləri tamamilə yerlə-yeksan edilmişdi. Əlbəttə, bütün bunlar təcavüzkar Ermənistan dövlətinin məqsədli, planlı siyasətinin nəticəsi idi. İşğal altında olan bütün torpaqlarda, o cümlədən Ağdamda məqsədyönlü siyasət aparılırdı ki, biz azərbaycanlılar bir də heç vaxt bu yerlərə qayıtmayaq. Bəli, onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Ancaq Cənab Prezidentin də vurğuladığı kimi onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, öz doğma torpaqlarını unutmayacaq və bir gün Azərbaycan dövləti güc toplayıb ayağa qalxacaq, düşməni öz torpağından qovub çıxaracaq. Bax, bunu onlar hesablaya bilməmişdilər.
Dövlət başçısının sözüylə desək, biz öz torpaqlarımıza çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində separatçıların kökünü tamamilə kəsdik, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Bütün o əzablı illər isə artıq arxada qaldı. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. Kəngərli kəndi dövlətimizin müharibədən sonra bərpa etdiyi sayca 14-cü yaşayış məntəqəsidir. Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq öz evlərinə köçürlər. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir, tarixi hadisədir.
Eyni zamanda, həm Kəngərli kəndinin birinci mərhələsinin, həm də Ağdam Muğam Mərkəzinin açılışının məhz mayın 10-na təsadüf etməsinin özü də ayrıca bir tarixi hadisədir. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bu məsələyə belə aydınlıq gətirdi: “Mayın 10-u, təbii ki, mənim üçün, Azərbaycan xalqı üçün əziz bir gündür. Hesab etdim ki, mən məhz bu gün burada olmalıyam, mayın 10-da biz bu mərasimi keçirməliyik - həm Kəngərli kəndinin, həm Muğam Mərkəzinin açılışını. Əlbəttə, başqa gün də ola bilərdi. Ancaq siz də tamamilə haqlısınız. Ulu Öndər Heydər Əliyev başda olmaqla bizim bu günümüzü görməyənlərin hamısının ruhları bu gün bu dağlarda, bu səmada dolaşır. Onların ruhlarını şad elədik. Allah şəhidlərimizə rəhmət eləsin”.
Beləliklə, işğal dövründə yer üzündən silinən Ağdam bu gün Simurq kimi öz külündən dirçəlir, boy atır, yeni inkişaf mərhələsinə qədəm qoyur. Bütün Qarabağ və Şərqi Zəngəzur kimi Ağdam da dünən güllələrin uçuşduğu müharibə zonasından bu gün dirçəliş və tərəqqi vahəsinə çevrilir. Bizim işğaldan azad edilmiş ilk səfərimiz 2021-ci ilin mart ayında olmuşdu. Ancaq aradan keçən 3-4 il ərzində Ağdam tanınmaz dərəcədə dəyişib. İndi Ağdam nəhəng tikinti meydançasını xatırladır. Ağdam böyük bir ümidlə, coşquyla, sıçrayişla dəyişir, dirçəlir. Bunu Cənab Prezidentin mayın 10-da Ağdama növbəti səfəri çərçivəsində iştirak etdiyi çoxlu sayda açılış mərasimlərindən də görmək mümkündür. Ağdam Muğam Mərkəzinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları, həmçinin Kəngərli kəndinin birinci mərhələsinin açılışı, bu kənddə 484 şagird yerlik məktəbin, 120 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi, yolların çəkilməsi, eləcə də digər infrastrukturların araya-ərsəyə gətirilməsi - bütün bunlar Dövlətimizin və Xalqımızın Böyük Qayıdış hədəfinin uğurla gerçəkləşməsinin fraqmentləridir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə baş tutan bu açılışlar həm Ağdamın, həm də bütün bölgənin parlaq gələcəyindən xəbər verir. Ağdamın adına istinadla desək, bu gün işğaldan azad edilmiş ərazilərimiz AĞ gələcəyə üz tutublar. Prezidentin Ağdama səfəri Böyük Qayıdışın yeni mərhələsinin başlanğıcı oldu.
Ölkə rəhbərinin Ağdam səfərində yaşanan duyğulu anları da ayrıca qeyd etməliyik. Dövlətimizin başçısı bu səfər zamanı bir neçə dəfə duyğulandı, kövrəldi. Həm Kəngərli sakinləri ilə görüşdə, həm də Muğam Mərkəzinin açılışında balaca ifaçılar oxuyanda Prezidentin kövrəlməsi və sonra səhnəyə qalxıb o uşaqlarla görüşməsi, onları bağrına basması elə bizi də - o ülvi anları efirdən, ekrandan izləyən hər kəsi duyğulandırdı. O anları hamımız gözyaşı və qürurla izlədik. Biz bu anları, bu günləri illərlə gözləmişdik. Bu mənada, yenidən tikilib istifadəyə verilən Ağdam Muğam Mərkəzinin səhnəsində xanəndə uşaqların ifasında "Qarabağ şikəstəsi"nin səslənməsi ilə sanki Ağdamın itkin, nigaran ruhu yenidən özünə qayıtdı. Muğam Mərkəzinin bərpası və açılışı təkcə ağdamlılara yox, bütün Azərbaycan muğamsevərlərinə dövlətimizin hədiyyəsi oldu. Cənab Prezidentin vurğuladığı kimi, Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Dövlətimizin başçısı dilimiz, mədəniyyətimiz və milli dəyərlərimizin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında oynadığı roluna Kəngərli sakinləri ilə görüşdə də toxundu və həqiqətən də böyük xalq olduğumuzu bir daha qeyd etdi: "Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub".
Prezident, həmçinin bizim qədər qələbəyə layiq olan ikinci bir xalqın bəlkə də olmadığını vurğuladı və bizim tarixi Zəfərimizin dünyada bir möcüzə kimi qəbul edildiyini bildirdi: "Bizim qədər qələbəyə layiq olan ikinci xalq bəlkə də yox idi. Çünki biz 30 il bu günü gözləyirdik. Nəinki gözləyirdik, biz hər gün hər birimiz o günü yaxınlaşdırırdıq. Prezident, Ali Baş Komandan kimi mənim, siz vətəndaşların, ordumuzun, müəssisələrdə çalışanların - bizim hamımızın bütün səyləri, bütün amalı bir ideya uğrunda birləşmişdi: bu torpaqları, doğma diyarımızı mənfur düşməndən azad etmək! Bunun yeganə yolu var idi, ancaq döyüş meydanında. Çünki bütün başqa yolları biz sınadıq, çalışdıq. Nə qədər çalışdıq, Ermənistan rəhbərliyini inandıraq ki, bu torpaqlardan öz xoşu ilə getməlidir... Demişdim ki, biz gec-tez ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, eşitmədilər bizi. Ona görə bizim tarixi Zəfərimiz artıq dünyada bir möcüzə kimi qəbul edilir. Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax, mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz bu nədir?!".
Xalqımızın böyüklüyünün dövlət başçısı tərəfindən bu qədər böyük qürur hissilə vurğulanması fərəhləndirici hadisədir. Öz xalqı ilə bu qədər içdən fəxr edən bir liderin güclü olması, qalib olması təbiidir. Belə bir liderin düşmənlə savaşda qalib gəlməməsi mümkünsüzdür. Vətən Müharibəsindəki tarixi Qələbəmizin bir səbəbi də Prezidentin Xalqa, Xalqın da Prezidentə inanmasında, güvənməsində idi. Bu inam, bu birlik bizim Qələbəmizi gün-gündən yaxınlaşdırdı. Dövlətimizin başçısı Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı xalqımızın birliyinin ona güc verdiyini və bizimlə hesablaşmağın vacibliyini belə açıqladı: “Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Bu, açıq mesajdır. Bəli, yaşadığımız bölgədə bu gün bizimlə hesablaşmayan sabah peşman olur. Ünvan da bəllidir. Bu mesaj ilk növbədə revanşist Ermənistana ünvanlanıb. Qərblə bağlı ümidləri boşa çıxan Ermənistan rəhbərliyi bu gün özünə yeni (köhnə) havadarlar axtarmaqdansa, Azərbaycanla hesablaşmaq yolunu tutmalıdır. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, öz konstitusiyasını dəyişdirmək, Bakının şərtlərinə uyğun addım atmaq Ermənistan üçün yeganə çıxış yoludur. Ermənistan rəhbərliyi İlham Əliyevin Ağdamdan verdiyi mesaj barədə ciddi düşünməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri