Icma.az
close
up
RU
Böyük Qayıdış uğurla davam edir

Böyük Qayıdış uğurla davam edir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycanda dövlət səviyyəsində qarşıda duran vəzifələr də yenilənib. Bu sırada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması respublikamızın prioritet vəzifələrdəndir. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri həm də milli ideya olaraq elan etmişdir.

Öncə onu qeyd edim ki, hələ Vətən müharibəsi günlərində torpaqlarımızın azad edilməsi zamanı xarabalığa çevrilmiş şəhər və kəndlərimizin fonunda ortaya çıxan acınacaqlı mənzərələr hər birimizin qəlbini göynətdi. 30 ilə yaxın işğal dövründə ermənilər şəhər və kəndlərimizdə daşı daş üstə qoymamışdılar. Bu baxımdan Ermənistanın döyüş meydanında məğlub edilərək ərazilərimizdən qovulmasından sonra dünya həm də işğalçının vandal xislətinə şahidlik etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi sanki bu torpaqlardan vəhşi qəbilə keçmişdi. Biz işğalçı, terrorçu düşmənlə yox, həm də barbarlarla, üz-üzə qalmışdıq. Düşmən həm də tarixi abidələrimizi, məscidlərimizi erməniləşdirə bilmədiyi üçün dağıtmış, on minlərlə eksponatı talanaraq Ermənistana aparılmışdır.
Vətən müharibəsinin başa çatmasından sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun tezliklə cənnətə çevriləcəyini bəyan etdi. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində işlər isə hələ Vətən müharibəsi günlərində azad edilmiş Suqovuşan kəndinin yollarının bərpası ilə başlayıb və sonrakı dövrdə kompleks məzmun kəsb edərək bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edib. Artıq 5-ci ildir ki, bərpa işləri dinamik şəkildə davam edir. Müqayisəli şəkildə desək, Azərbaycan özünün maliyyə imkanları hesabına, kənardan heç bir yardım almadan 1 Livan, yaxud 4 Lüksemburq dövləti qədər qədər bir ərazini tamamilə yenidən qurur. 10 min kvadratkilometrdən çox olan ərazidə hərtərəfli şəkildə yenidən qurulur, ən müasir standartlara cavab verən avtomoöbil yolları çəkilir, tunellər, hava limanları inşa olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonası yaradılır, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır. Hər ilin dövlət büdcəsi təsdiq olunarkən işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına yetərincə vəsait ayırılır. Bütün bunlar həm də cənab Prezident İlham Əliyevin qətiyyətini, quruculuq əzmini, vətən sevgisini təcəssüm etdirir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə hər səfəri yeni obyektlərin təməllərinin atılması və ya inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur. Dövlətimizin başçısının Novruz tonqallarını işğaldan azad edilmiş ərazilərdə qalaması isə artıq xoş bənənəyə çevrilib. Qarabağ və Şərqi Zəngəzura səfərlər zamanı Prezident İlham Əliyevin doğma evlərinə geri dönən sakinlərlə görüşlərdə səsləndirdiyi fikirlər, verdiyi mesajlar xüsusilə əhəmiyyətlidir.
İşğaldan azad edilmiş ərazilərdə düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur. Bu istiqamətdə Heydər Əliyev Fondu da xüsusi fəallıq göstərir, vaxtilə ermənilər tərəfindən dağıdılmış milli və mənəvi irsimizin bərpasına layiqli töhfələr verir. Fondun xüsusən Qarabağın mirvarisi olan Şuşa şəhərində həyata keçirdiyi quruculuq layihələri bu qədim yurd yerimizin tarixi şöhrətini və özünəməxsus ənənələrini özünə qaytarır.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da təsdiq olunub. Ötən dövrün mənzərəsi göstərir ki, proqramda qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılır. Proqramdan irəli gələrək Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensilanı hərəkətə gətirilməsi, azad edilmiş ərazilərdə istehsal sahələrinin yaradılması, doğma yurdlarına geri dönən keçmiş məcburi köçkünlərin məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzində saxlanılır.
Böyük Qayıdışın əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin geri dönüşüdür. 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurda qayıtmaları ilə başlanan bu proses hazırda dinamik şəkildə davam edir. 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləridir.
Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində keçmiş məcburi köçkünlərin qayıdışının bu il də davam edəcəyini bildirirərək demişdi: “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.
Bu ilin birinci rübü ərzində artıq 3 kəndə də məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Ağdərə rayonunun Həsənriz və Suqovuşan, Ağdam rayonunun Sarıcalı kəndləridir. Sarıcalı Vətən müharibəsindən sonra Ağdamda yaşayışın yenidən bərpa olunduğu ilk kənddir. Beləliklə, indiyədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan 13 şəhər və kənddə həyat öz axarına qayıdıb, 12 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurduna geri dönüb. Ümumilikdə isə hazırda işğaldan azad edilmiş ərazilərimizdə 40 min nəfərdən çox vətəndaşımız yaşayır və işləyir.
Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa işləri nəhəng və əzəmətli quruculuğun parlaq nümunəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi və xüsusi qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır. Bütün bunlar, o cümlədən Böyük Qayıdış bu il də sürətlə davam etdiriləcək, bərpa edilməkdə olan müxtəlif yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin dönüşü təmin olunacaq. Bütövlükdə isə 2025-ci il Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində növbəti uğurlu mərhələ olacaq.

Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see434

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see251

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see240

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see220

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see202

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see185

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see184

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see183

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see181

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see160

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see159

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see155

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see154

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see153

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see152

Rihanna illər sonra səhnəyə qayıtdı Video

14 İyul 2026 07:14see151

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see150

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see149

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see148

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri