Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Nazirlər Kabineti ötən həftə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Modern.az xəbər verir ki, Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət Nazirlər Kabinetinin tələblərindən danışıb.
Direktor bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına və müəyyən etdiyi qaydalara qeyd-şərtsiz əməl etməli, qanunun aliliyinə hörmətlə yanaşmalıdır.
Almaz Həsrət Nazirlər Kabinetinin qərarından irəli gələn məktəb qaydaları aydınləq gətirib.
Direktor bildirib ki, Nazirlər Kabinetinin tələblərinə uyğun olaraq məktəblərdə aşağıdakı tələblərə əməl olunmalıdır:
dar geyim, dizdən yuxarı ətək, qeyri-adi saç düzümü və rəngi, parçadan qulaqlıq, saqqal, hündürdaban ayaqqabı, zinət əşyaları, uzun və rəngli dırnaqlar, makiyaj olmaz!
“Gəlin məktəb mühitinin qaydalarına və təhsilə daha diqqətli yanaşaq. Unutmayaq ki, məktəb dövlətin təlimatları və qaydaları ilə idarə olunur və olunmalıdır !
Qaydalara diqqət edək”, - A.Həsrət bildirib.
Derektor əlavə edib ki, şagirdlər yalnız məktəbli geyimində olmalıdırlar.
“Məktəb biliyin və formalaşmanın ocağıdır. Xarici görünüşünüz yox, daxili bilikləriniz daha vacibdir”, - deyə direktir şagirdlərə müraciətlə səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 12 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















