Qız şagirdlərə qısa ətək, makiyaj və uzun dırnaq xəbərdarlığı AÇIQLAMA
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təhsilalanların və təhsilverənlərin konkret geyim forması tətbiq olunur. Müəllimlərin geyim standartlarına əməl olunması əsas göstərilir. Kişi müəllimlərə qalstuk taxmaq məsləhətlidir. Saç, saqqal kimi mövzularda müəllimlərin etik davranışlara diqqət etməsi tövsiyə olunur. Xanım müəllimlərdə də qısa ətək geyinmək olmaz. Müəyyən standartlar verilib".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev dedi.
"Şagirdlərdə isə birmənalı vahid geyim formasına keçirilir. Şagirdlər məktəblərdə vahid geyim formasında tədrisə cəlb olunacaqlar. Geyim nədirsə, şagirdlər geyim formasından kənara çıxmamalıdır. Bu, birbaşa qaydadır. Şagirdlər uzun saç, saqqal saxlamamalı, idman dərsləri istisna olmaqla, idman ayaqqabısı geyməməlidirlər", - deyə o bildirdi.
Müsahibimiz vurğuladı ki, qız şagirdlərdə ətəklər dizdən yuxarı olmamalıdır:
"Eləcə də makiyaj, dırnaq olmamalıdır. Bu məsələlər valideynlər tərəfindən nəzərə alınmalıdır. Valideynlər mütləq maarifləndirilməlidir. Valideynlər övladları uzun dırnaqla, qaydalara uyğun olmayan geyimlə tədris prosesinə buraxılmayacaq. Valideynlər övladlarının məktəbə gəlişinə diqqət etməlidir. Şagirdlər də təhsil müəssisələri tərəfindən maarifləndirilib prosesə cəlb olunmalıdırlar".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Oktyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















