Direktor müavini açıqlama verdi, aləmi bir birinə qatdı VİDEO
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
225 nömrəli məktəbin həyətində Real TV əməkdaşının döyülməsi ilə bağlı məktəbin direktor müavininin Oxu.az-a verdiyi açıqlama hadisələrə aydınlıq gətirmək əvəzinə ziddiyyətləri bir az da dərinləşdirib.
"Bakupost" xəbər verir ki, direktor müavini Zenfira Nursalova məktəbin həyətində kənar şəxslərin olmadığını bildirib.
O deyib ki, insidentdə iştirak edənlərin hamısı məktəbin 9-11-ci sinif şagirdləri olublar.
“Hadisə zamanı onların arasında yalnız bir nəfər məzun olub. O da əvvəlcə məktəbdən kənarda idi. Hadisə vaxtı səs-küyə görə məktəbin həyətinə daxil olub”.
Sonra isə direktor müavini “nə mühafizəçinin, nə də məktəb rəhbərliyinin sonradan həyətə toplaşan şəxslərlə hər hansı tanışlığı var” deyə fikrini davam etdirib. Bu məqamda davadan sonra məktəbin həyətinə toplananları qəsd etdiyini ehtimal etmək olar. Çünki Z.Nursalova insidentdə yalnız 9-11-ci siniflərin iştirak etdiyini bildirir.
Bunun ardınca isə daha bir ziddiyyət gəlir.
“Uşaqların məktəbli formasında olmadıqları barədə deyilənlər də doğru deyil. Hamısı məktəbli geyimində idilər, sadəcə, tənəffüs vaxtı olduğu üçün üst geyimlərini geyinmişdilər", - deyə Z.Nursalova əlavə edib.
Z.Nursalov insident – yəni jurnalistin döyülməsi “prosesində” yalnız 9-11-ci sinif şagirdlərinin iştirak etdiyini, yalnız bir məzun olduğunu bildirir. Elədirsə, videoya təkrar baxaq:
Bu videoda məktəbli şalvarında olmadığı görünən ən azı 5-6 şagird var. Hər halda tənəffüs vaxtı şagirdlərin şalvarlarını da dəyişdiklərini direktor müavini iddia etməz.
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Oktyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















