Amazon yeni məhsullarını təqdim etdikdən sonra işçilərini ixtisar edir
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın texnologiya və elektron ticarət nəhəngi "Amazon" yeni cihazlarını təqdim etməsinin ardınca işçi qüvvəsini azaltmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, şirkət Cihazlar və Xidmətlər bölməsində 250-yə yaxın vəzifəni ləğv edib. İxtisarlar əsasən proqram təminatının hazırlanması ilə məşğul olan əməkdaşlara təsir göstərib.
Qərar Amazon-un yeni Kindle elektron kitab oxuyucularını, planşetlərini və "Alexa" ilə təchiz olunmuş ağıllı ev cihazlarını təqdim etdiyi dövrə təsadüf edib.
Şirkət ixtisarları əməliyyat səmərəliliyinin artırılması və işçi heyətinin gələcək məhsul planlarına uyğunlaşdırılması ilə əsaslandırıb.
Məlumata görə, bəzi əməkdaşlara işdən çıxarılmaları barədə elektron poçt və SMS vasitəsilə məlumat verilib.
Qeyd edək ki, "Amazon" oktyabrın əvvəlində pərakəndə satış bölməsində də təxminən 1000 əməkdaşı əhatə edən ixtisarlar həyata keçirib.
Şirkətin bu gün ABŞ fond bazarları bağlandıqdan sonra üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Oktyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















