Icma.az
close
up
RU
Direktorla dalaşandan sonra işdən çıxarılmışdı İndi də 1000 manat cərimələndi

Direktorla dalaşandan sonra işdən çıxarılmışdı İndi də 1000 manat cərimələndi

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Şəhər Məhkəməsində şəhərin 1 saylı orta məktəbinin keçmiş müəllimi 1985-ci il təvəllüdlü Səriyyə Qənbərova barəsindəki xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəbin direktoru Asudə Məmmədova müəllimin Cinayət Məcəlləsinin 147.2-ci “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzalandırılmasını tələb edib.

O bildirib ki, müəllim kütləvi çıxışlarda, sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli ifadələr işlədib, “dövlət büdcəsini mənimsəyib”, “röşvətxodur” ifadələrini deyib, guya hazırlıq kursunda hansısa müəllimlə əlbəyaxa savaşdığını, pilləkənlardan yıxıldığını bildirib: “Səriyyə Qənbərova xarici dövlətin sosial şəbəkə seqmentində antiAzərbaycan mövqedə çıxış edən, özünü hüquqşünas kimi təqdim edən Qurban Məmmədovun proqramında barəmdə xoşagəlməz ifadələr və şər böhtan danışıb. Qurban Məmmədov məni haradan tanıyıb? Tərcümeyi halımı necə bilib? Guya mən Beyləqan rayonundan Naxçıvan şəhərinə kiminsə hesabına gəlmişəm, şəxsi şəkillərim sosial şəbəkədə göstərilib, adıma qeyri-etik olan “erməni”, “model” deyib, kiminsə pulu və maddi dəstəyi ilə bu vəzifədə oturduğumu bildirib, qadınlığımı, qürurumu alçaldan ifadələr işlədib. Bunların hamısını Qurban Məmmədov deyib, səbəbkarı da Səriyyə Qənbərovadır. Bu hadisələrdən sonra psixoloji problem yaşamışam və müalicə almışam”.

S.Qənbərova isə əməlində cinayət tərkibinin olmadığını bildirərək icraata xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Qənbərova Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası verilib.

Qeyd edək ki, bir neçə ay əvvəl məktəbdə direktorla müəllim arasındakı qarşıdurmaya aid görüntülər sosial şəbəkələrdə də yayılmışdı. Naxçıvan MR Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq görüntülərin araşdırıldığını və S.Qənbərovanın iddialarının təsdiqini tapmadığını bildirmişdi: “Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin edildiyi məlum olub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə  pozub.

Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini  pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib”.

Nazirlikdən, həmçinin bildirilib ki, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri