Icma.az
close
up
RU
“Direktorların başı pul yığmağa qarışdığı üçün şagirdlər birbirini bıçaqlayır” Tarix Əliyev

“Direktorların başı pul yığmağa qarışdığı üçün şagirdlər birbirini bıçaqlayır” Tarix Əliyev

Shownews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Biz həmişə deyirik ki, məktəblərdə nəzarət olmalıdır. Məncə, ən çox məktəblərdə valideynlər və müəllimlər arasında birlik bərpa olunmalıdır. Bu gün müəllimlər uşağa söz deməyə qorxurlar. Düzdür, bəzi müəllimlər var ki, rüşvət alırlar, pul yığırlar, sosial şəbəkələrdə bunun səsi çıxır”. 

Bu sözləri Yenisabah.az-a  açıqlamasında tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik)  deyib. 

Son vaxtlar məktəblilərin iştirakı ilə müxtəlif cinayətlərin törədilməsi barədə danışan Tolik bunun səbəblərini sadalayıb: 

"Bizim vaxtımızda müəllim əlimizə xətkeşlə vuranda gedib anamıza demirdik. Çünki müəllim barmaqlarımızın üstünə yalandan vururdu ki, biz yaxşı olaq. O vaxt müəllim nəvazişi vardı. Müəllimi görəndə həmişə sevinərdik. İndi şagird və müəllim arasında belə bağ qalmayıb. Səhv etmirəmsə, belə hadisələr daha çox bölgələrdə baş verir. Bu da ondan irəli gəlir ki, birinin qolu qüvvətlidir, biri kiminsə qohumudur, ya da filankəsin təhsil şöbəsində qohumu işləyirsə, məktəbdə "at oynadır”. Mən həmişə demişəm, yenə də deyirəm, məktəblərdə sinif otaqlarında kameralar olmalıdır. Sadəcə, dəhlizlərdə yox, siniflərdə də. Şagird özünü necə aparır, dərs vaxtı kimə necə reaksiya verir görülməlidir, müşahidə olunmalıdır”. 

O, bir çox məktəb psixoloqunun öz işinin mahiyyətini bilmədiyini, eyni zamanda məktəbdə psixoloqun işinin əhəmiyyətinin başa düşülmədiyini qeyd edib: 

"Yalandan kadrlar ayırıblar ki, məktəbdə psixoloqlar var. Ay balam, 500-1000 nəfərlik məktəbdə 2 psixoloq nə edə biləcək? O psixoloqlar uşaqlarla doğru-düzgün məşğul ola bilmirlər. Yalandan maaş alırlar, dövlətin maliyyəsindən pul ayırırlar. Məktəb psixoloqlarının yanına kim gedir?! 

Hansısa cahil uşaq bu gün məktəbə bıçaqla gəlirsə, deməli, məktəbdən əvvəl ailəsində problemlər olub ki, bu uşağın tərbiyəsində, davranışında da problemlər var. Bunu da əvvəldən müəllimlər yox, məktəb direktoru, orada işləyən təhlükəsizlik işçiləri bilməlidir. Amma fikir verirsinizsə, bir neçə günün içində 4 hadisə baş verib. Bu nə deməkdir? Bu deməkdir ki, bu gün bəzi direktorlar, müəllimlər yalnız hədiyyə pulu yığmaqla məşğul olurlar. Onların başı pul yığmağa qarışdığı üçün məktəblərdə şagirdlər bir-birini bıçaqlayır". 

Bəzi yaltaq valideynlər öz xoş güzəranları olduğuna görə, başqa valideyn qrupu yaradırlar, müəllimlər üçün, məktəb müdirələri üçün hədiyyələr alırlar ki, onların uşaqlarının orada imtiyazı olur. Guya öz aləmlərində belə düşünürlər ki, müəllim onun uşağına daha çox diqqət ayıracaq”. 

T.Əliyev qeyd edib ki, aidiyyəti qurumlar məktəblərə daha çox diqqət ayırmalıdır ki, bu kimi mənfi halların qarşısı alınsın: 

"Xırda bir şey üstündə bıçaqlanma, döyülmə, balaca qızlarımızın zorakılıqlara məruz qalması, bunların hamısı təhsillə bağlı çox ciddi faciəvi hallardır. 

Elm və Təhsil Nazirliyi gözəl işlər görür. Ancaq başa düşməlidir ki, yalnız Bakının şəhər mərkəzlərindəki məktəbdə nizam-intizam, gözəl gürüntü olmamalıdır. Ən ucqar rayonlarda da nəzarət olmalıdır. Çünki orada beyni qanlı uşaqlar çoxdur. Şəhərə nə var ki? Hamının uşağı avtobusla, bəzisi öz özəl sürücü ilə məktəbə gedir, amma yenə də adı şəhərdir. Biz şəhərdəki şeyləri görüb ümumiləşdiririk. Bizim təhsillə bağlı problemlərimiz ümumi ölkədə var. Lenin vaxtında deyirdi ki, oxumaq, oxumaq, yenə də oxumaq. Amma biz deyirik ki, məktəblərdə problemlər var, var, var. Və ən əsası məktəblərdə kişi müəllimlərin çoxalması lazımdır. Qadın müəllimlər həddindən artıq çoxdur. İndi kişi müəllimlər təhsildə çoxluq təşkil etməlidir. Çünki ən azından kişinin sözü keçir. Beyni qanlı oğlanlarla kişi müəllim söhbət etsə, onlara ata öyüd-nəsihəti verər. Qadın müəllimlər deyirlər ki, dava edirlər özləri bilərlər, nəyimə lazımdır”. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://shownews.az
archiveBu xəbər 04 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri