Icma.az
close
up
RU
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi

Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.


Sfera.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.


Bildirilib ki, sözügedən mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib. Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.


Elektron ərizə qəbulu mərhələsində nəticəsi müsbət qiymətləndirilən namizədlər üçün keçiriləcək müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndiriləcək.


Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var.


Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə bu imtahanda iştirak imkanları barədə məlumat göndərilib.


Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri