Icma.az
close
up
RU
Diş ağrısının daha bir təhlükəli fəsadı AÇIQLANDI

Diş ağrısının daha bir təhlükəli fəsadı AÇIQLANDI

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu gün elə bir insan yoxdur ki, yaşadığı müddətdə diş ağrısı problemi ilə üzləşməsin.

Ancaq bir sıra hallarda insanlar diş ağrısını ciddiyə almır, sadəcə ağrıkəsicilər qəbul etməklə bunun öhdəsindən gəlməyə çalışır.

Diş ağrısı ciddi problem kimi görünməsə də, müalicə etmədikdə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Türkiyə Endodontiya mütəxəssisi Dr. İrem Özçelik Kul bildirib ki, dişin xüsusilə kök iltihabı vaxtında müalicə edilmədikdə ciddi infeksiyalara səbəb ola bilər.

Birincisi, bu iltihab dişin içindəki pulpa toxuması bakteriya ilə yoluxduqda baş verir. Daha sonra infeksiya kök ətrafındakı bölgəyə yayılır və zamanla sümük itkisinə səbəb ola bilər.

O qeyd edib ki, dişlə bağlı simptomlar əsasən bunlardır:

*Gecə saatlarında başlayan ağrı
*İsti və soyuğa qarşı həssaslıq
*Çeynəyərkən ağrı
*Şişmiş diş ətləri, qızartı və abses
*Üzün şişməsi və rənginin dəyişməsi
*Halsızlıq, qızdırma və şişkin limfa düyünləri.

Mütəxəssisin sözlərinə görə, dişlərin iltihabı diqqətdən kənarda qalmamalıdır:

"Belə infeksiyalar öz-özünə sağalmır. Buna görə də, ağrıları müvəqqəti vasitələrlə idarə etməyə çalışmaqdansa, diş həkiminə müraciət etmək vacibdir.

Əks təqdirdə, infeksiya sümüyə yayıla bilər, diş itkisinə səbəb ola bilər və ya sinus boşluqlarına və hətta qana yayılaraq sepsis kimi həyati təhlükə yarada bilər.

Müalicə prosesi infeksiyanın şiddətindən asılı olaraq dəyişir. Bu prosedurlara kök kanalının müalicəsi (endodontik müalicə), kök kanalının yenilənməsi (retreatment), kök ucu əməliyyatı və daha inkişaf etmiş hallarda diş çıxarılması daxildir".

Mütəxəssiz onu da vurğulayıb ki, diş kökü iltihabından qorunmaq üçün 5 mühüm mərhələ var:

"Belə ki, diş çürüklərinə laqeyd yanaşmamaq, gündə iki dəfə dişi fırçalaamaq və diş ipindən istifadə etmək, hər 6 ayda bir diş müayinəsindən keçmək, əgər əvvəllər kanal müalicəsi görmüsünüzsə, mütəmadi olaraq müayinədən keçmək və nəhayət, hər hansı bir diş travması üçün mütləq diş həkiminizə müraciət etmək lazımdır".

O da vurğulanır ki, nəticə olaraq, ağrıları müvəqqəti həll yolları ilə aradan qaldırmaq əvəzinə, səbəbi müəyyən etmək və peşəkar dəstək axtarmaq vacibdir.

Erkən diaqnoz həm dişi xilas edər, həm də insanın ümumi sağlamlığını qoruya bilər.

Nigar
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri