Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Diş əti qanaması hansı xəstəliyin göstəricisi ola bilər?

Diş əti qanaması hansı xəstəliyin göstəricisi ola bilər?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Diş əti qanaması yalnız ağız sağlamlığı ilə bağlı problem olmaya bilər. Yeni araşdırma ağır diş əti xəstəliyi ilə 2-ci tip diabet arasında əlaqə olduğunu ortaya qoyub.
Demokrat.az xəbər verir ki, “The Lancet Public Health” jurnalında dərc olunan və 300 mindən çox insanın məlumatlarını əhatə edən genişmiqyaslı araşdırmada periodontit olan şəxslərin sonrakı illərdə 2-ci tip diabetə tutulma riskinin daha yüksək olduğu müəyyən edilib.
Diş əti xəstəliyi diabet riskini artırır
Portuqaliyadakı Egas Moniz Sağlamlıq və Elm Məktəbindən periodontoloq João Botelho rəhbərliyindəki beynəlxalq tədqiqat qrupu 16 ölkədə aparılmış 28 uzunmüddətli araşdırmanı təhlil edib.
Təxminən 29 min insanın 5-20 il ərzində izlənildiyi altı araşdırmanın nəticələrinə görə, periodontiti olan şəxslərdə 2-ci tip diabetin inkişaf ehtimalı sağlam diş ətlərinə sahib şəxslərlə müqayisədə 18-25 faiz daha yüksək olub.
Bütün dişlərini itirmiş şəxslərdə isə sonrakı illərdə 2-ci tip diabet diaqnozu alma ehtimalının 30 faiz daha yüksək olduğu müəyyən edilib.
Araşdırma həmçinin diabetlə diş əti xəstəlikləri arasında əlaqənin qarşılıqlı olduğunu göstərib. Belə ki, diabet xəstələrində gələcəkdə periodontit inkişaf etdirmə və diş itkisi riski də artır.
Səbəb xroniki iltihab ola bilər
Mütəxəssislər bu əlaqənin mümkün səbəblərindən birinin ağız boşluğunda davamlı iltihab olduğunu düşünürlər.
Zədələnmiş diş əti toxumasından qana keçən bakteriyalar və iltihab yaradan maddələr orqanizmin digər hissələrində də iltihablanmaya səbəb ola bilər. Bu proses orqanizmin insulinə reaksiyasını zəiflədərək insulin müqavimətinin yaranmasına şərait yarada bilər.
Digər tərəfdən, qanda şəkərin yüksək olması yaraların sağalmasını ləngidir və immun sisteminin infeksiyalarla mübarizə qabiliyyətini zəiflədir. Bu isə diabet xəstələrini diş əti xəstəliklərinə qarşı daha həssas edir.
Diş ətindəki dəyişikliklərə diqqət
Mütəxəssislər xüsusilə qızarmış, şişmiş, çəkilmiş və tez-tez qanayan diş ətlərinin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
Belə əlamətlər müşahidə olunan şəxslərin, xüsusilə diabet üçün risk faktorları varsa, diş həkiminə müraciət etməsi məsləhət görülür.
Tədqiqatçılar ağız sağlamlığı ilə diabetə qarşı mübarizənin daha sıx əlaqələndirilməsinin həm xəstələrin müalicəsinə, həm də səhiyyə sistemlərinin səmərəliliyinə müsbət təsir göstərə biləcəyini bildirirlər.
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri