Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Diş əti qanaması şəkərli diabetin və digər endokrin pozuntuların əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, stomatoloq Vladimir Sadovski diş əti qanaması ciddi tibbi problemlərin təzahürü ola biləcəyini bildirib.
Həkimin sözlərinə görə, şəkərli diabet və digər endokrin pozuntular zamanı diş əti qanaması müşahidə edilə bilər:
"Şəkərli diabet, eləcə də digər endokrin və immun sistemlə əlaqəli xəstəliklər zamanı diş ətləri qanaya bilər. Zərərli mikroorqanizmlər və ya maya bənzər göbələklər həmin nahiyədə məskunlaşaraq diş ətinin səthi iltihabına – gingivitə, hətta periodontitə səbəb ola bilər".
Stomatoloq qeyd edib ki, periodontit inkişaf etdikcə, diş ətrafındakı boşluqlarda məskunlaşan patogen və iltihab törədən mikroorqanizmlər qan dövranına keçərək ürəyə çata bilər; bu isə ürəkdə iltihabi xəstəliklərin yaranmasına şərait yarada bilər.
O əlavə edib ki, diş əti qanaması həmçinin qanın laxtalanma sisteminə təsir edən problemlər kimi sistem xarakterli sağlamlıq pozuntuları ilə əlaqəli ola bilər. Bundan əlavə, diş əti qanaması onkoloji xəstəliklərin (xüsusilə leykozların) inkişafı ilə də bağlı ola bilər.
Sadovski diş ətlərində qanama müşahidə edən hər kəsə tibbi müayinədən keçməyi və müvafiq müalicə almağı tövsiyə edir.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Noyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















