Diş fırçasında Sİ dövrü
Icma.az, Bakupost saytına istinadən bildirir.
“Dyson” kamera və süni intellektlə təchiz olunmuş yeni diş fırçası “CameraJet”i təqdim edib.
“Bakupost” xəbər verir ki, cihaz fırçalama zamanı dişlərin arasındakı boşluqları avtomatik müəyyənləşdirir və həmin nahiyələrə su “jeti” göndərərək plakları təmizləyir. Beləliklə, diş fırçası və ağız duşu bir cihazda birləşdirilib.
“CameraJet”də 100 min piksellik kamera saniyədə 28 kadr çəkərək diş aralarını analiz edir. Süni intellekt sistemi boşluğu müəyyən etdikdən sonra 100 millisaniyə ərzində həmin nöqtəyə su jeti yönəldir.
“Dyson” cihazın daha aşağı təzyiqli konik su jeti ilə işlədiyini və bunun diş əti ilə minaya düşən yükü azaltmaq üçün nəzərdə tutulduğunu bildirir.
“Dyson Dental System” adlı dəstin qiyməti 880 manatdır. “Dəstə CameraJet”,şarj stansiyası, səyahət qutusu, xüsusi diş məcunu və ağız baxımı suyu daxildir.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















