İmplant dövrü bitir Yeni diş yetişdirən preparat sınaqda
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyanın Kyoto Universitet Xəstəxanasının alimləri insanlarda yeni dişlərin yetişməsini stimullaşdıran preparatın sınaqlarına başlayıblar.
Bakupost.az xəbər verir ki, tədqiqatçılar dişlərin yenidən formalaşmasına mane olan USAG-1 adlı zülalın fəaliyyətini bloklamağa nail olublar.
Məlumata görə, siçanlar və gəlinciklər üzərində aparılan təcrübələr zamanı həmin zülalın bloklanması nəticəsində yeni dişlərin uğurla inkişaf etdiyi bildirilib.
Hazırda preparatın insanlar üzərində sınaq mərhələsi davam edir. Alimlər hesab edirlər ki, layihə uğurlu nəticə verərsə, gələcəkdə implant və diş taclarına ehtiyac xeyli azala bilər.
Tədqiqatçılar preparatın 2030-cu ildə bazara çıxarıla biləcəyini açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:Yeni elastik implant hazırlanıb
22 May 2025 11:43
Diş və dişsizlik: implant çarədirmi?
08 May 2025 15:13
Dərmansız müalicə mümkün olur? Yeni implant
28 Avqust 2026 08:36
Yüksək təzyiq üçün dərman dövrü başa çatır: Damara implant yerləşdiriləcək
20 May 2026 12:48
Alimlər ağacdan implant düzəltməyə başlayırlar
02 May 2025 22:56
Baxış sayı:112
Bu xəbər 11 May 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















