Icma.az
close
up
RU
Diş implantı kimlər üçün uyğun deyil? Həkim DANIŞDI

Diş implantı kimlər üçün uyğun deyil? Həkim DANIŞDI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Müasir diş implantları pasiyentlərin böyük əksəriyyətində uğurla qəbul olunsa da, bəzi hallarda bu proses problemsiz keçmir.

Redaktor.az xəbər verir ki, tibb elmləri namizədi, çənə-üz cərrahı, stomatoloq Kirill Polyakov aif.ru-ya müsahibəsində implantasiyada risk yaradan əsas qruplar barədə danışıb.

Həkimin sözlərinə görə, bu gün implantasiya demək olar ki, möcüzəvi bir prosedur kimi qəbul olunur: insan klinikaya problemli dişlə daxil olur, möhkəm və estetik yeni dişlə çıxır. Lakin çətinliklərin səbəbi əksər hallarda implantın keyfiyyəti deyil, pasiyentin orqanizminin xüsusiyyətləri və ya əməliyyatdan sonrakı davranışıdır.

Polyakov birinci risk qrupu kimi ağır osteoporozdan əziyyət çəkən şəxsləri göstərib. Onun sözlərinə görə, implantın əsas dayağı sümükdür və sümük toxuması boş olduqda implantın stabil şəkildə möhkəmlənməsi çətinləşir. Həkimlər sümük plastikasından və xüsusi cərrahi üsullardan istifadə etməklə bu problemi qismən aradan qaldıra bilsələr də, risk digər pasiyentlərlə müqayisədə daha yüksək qalır.

İkinci risk qrupu isə həkim tövsiyələrinə əməl etməyən pasiyentlərdir. Əməliyyatdan sonra siqaret çəkən, dərman qəbulunu buraxan, ağız boşluğunun gigiyenasına laqeyd yanaşan şəxslərdə implantın qəbul olunmaması ehtimalı xeyli artır.

Üçüncü risk qrupuna nəzarətsiz şəkərli diabeti olan pasiyentlər daxildir. Polyakov bildirib ki, qanda qlükoza səviyyəsinin yüksək olması toxumaların qanla təminatını və sağalma qabiliyyətini zəiflədir. Nəticədə implant daha gec qəbul olunur və iltihab riski yüksəlir. Bununla belə, həkim vurğulayıb ki, diabet hökm deyil: qlükoza səviyyəsi nəzarətdə saxlanıldıqda implantasiya digər pasiyentlərdə olduğu kimi uğurla həyata keçirilir.

Stomatoloq həmçinin implantların yaşlı insanlarda pis qəbul olunması barədə geniş yayılmış fikrin mif olduğunu deyib. Onun sözlərinə görə, bu gün implantasiya hətta 75-80 yaşlı pasiyentlərdə belə uğurla aparılır və əsas həlledici amil yaş deyil, insanın ümumi sağlamlıq vəziyyətidir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri