Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

“Dişin sinirini boşuna çıxarmaq fəsadlara səbəb ola bilər” Stomatoloqdan AÇIQLAMA

“Dişin sinirini boşuna çıxarmaq fəsadlara səbəb ola bilər” Stomatoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox insan dişi ağrıdığı zaman ilk instinkt olaraq düşünür: “Gedim, dişimin sinirini çıxardım”. Hətta bəzi hallarda həkim bunun lazım olmadığını məsləhət görür, amma xəstə öz fikrində qalıb, sinirin çıxmasını tələb edir.

Bəs diş sinirinin çıxarılması həqiqətən hansı hallarda zəruridir? Boşuna dişin sinirini çıxarmağın fəsadları ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-stomatoloq Anar Ağazadə bildirdi ki, onlara müraciət edən pasientlərin böyük bir qismi, hətta əksəriyyəti, ağrı ilə gəlir:

"Ağrı ilə müraciət edən pasientlərdə ağrının səbəbləri fərqli olur. Onlardan biri də diş çürükləri zamanı çürüyün sinirə yaxınlaşmasıdır. Çürük sinirə yaxınlaşanda sinir normal olaraq buna reaksiya verir. Bu reaksiya iki cür olur. Birincisi, adətən dərin karieslərdə müşahidə olunur: isti, soyuq və şirinə qarşı olan ağrılar, şirin nəsə qəbul edən zaman yaranan ağrılar. İkincisi isə gecə öz-özünə başlayan ağrılardır. Gecə öz-özünə başlayan ağrıların əksəriyyətində dişin siniri çıxarılır. Yəni bu, pasientin istəyi ilə və ya həkimin tövsiyəsi ilə deyil, protokol gərəyi həyata keçirilir. Qalan hallarda çürük sinirə yaxınlaşdıqda, biz çürüyü təmizləyirik və orada qalan sağlam toxumanın həcmindən asılı olaraq qərar veririk: bu dişin siniri çıxmalıdırmı, çıxmasa necə olacaq? Bəzən elə hallar olur ki, siniri çıxarmadan saxlayırıq. Bir müddət sonra diş yenidən reaksiya verir. Bu, qalan sağlam toxumanın miqdarından və işləmə protokollarından asılıdır. Belə hallarda pasienti təkrar çağırıb dişin siniri çıxarılır. Burada əsasən pasientin öz istəyi nəzərə alınmır, protokol gərəyi iş görülür".

Onun sözlərinə görə, pasient təkidlə deyirsə ki, dişin sinirini çıxardın, yenə də baxılır:

"Əgər dişdə sağlam toxuma, yəni pulpanı örtən sağlam toxuma kifayət qədərdirsə və infeksiya pulpaya çatmayıbsa, niyə dişin sinirini çıxardaq? Dişin sinirini çıxardıqda diş cansızlaşır. Cansızlaşan diş isə sululuğunu itirir və kövrəkləşir, qısaca, qurumuş ağac kimi düşünün. Kövrəkləşən dişlər qırılmağa məhkumdur. Bizdə, məsələn, Azərbaycanda pasiyentlərin diş siniri çıxandan sonra plombla bərpası həyata keçirilir və çox vaxt ortopedik, yəni qapaq dediyimiz konstruksiyalar düzəlmir. Amerikada isə əgər pasientin dişinin siniri çıxırsa, həmin diş təkidlə qapaq olunur. Niyə? Çünki plomb kimyəvi bir birləşmədir və sərtliyini itirmir. Gələn təzyiq plombdan dişə ötürülür. Diş cansız olduğu üçün kövrəkləşir və qırılır. Dişin tacı qırıldıqda bəzən bərpası mümkün olmur və nəticədə diş çəkimə gedir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri