Icma.az
close
up
RU
Dişlərin itirilmə səbəbləri Stomatoloqdan AÇIQLAMA

Dişlərin itirilmə səbəbləri Stomatoloqdan AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kariyes və onun ağırlaşmaları dişlərin itirilməsinə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya müsahibəsində ortoped-stomatoloqu Aleksandr Oqanezov məlumat verib.

Ekspertin sözlərinə görə, kariyes çox vaxt fərq edilmədən başlayır və vaxtında müalicə olunmadıqda diş toxumalarını kökə qədər dağıdır. Nəticədə isə dişin çəkilməsi və yerinə protez qoyulması qaçılmaz olur. Oqanezov qeyd edib ki, diş itkisinə səbəb olan digər amillərdən biri də parodontitdir – diş ətrafı toxumaların xroniki iltihabı. Bu halda dişlər zəifləyir, laxlayır və düşür:

“Xüsusilə qadınlarda 50 yaşdan sonra sümük toxumasında zəifləmə müşahidə olunur. Bu zaman implantasiya əks göstəriş sayılır və çıxarılan protezlərdən istifadə edilir”.

O, həmçinin diş travmaları və yaşla əlaqəli dəyişikliklərin – emalin nazikləşməsi, diş ətinin elastikliyini itirməsi və dişlərin yüklənməyə qarşı dözümsüzləşməsinin də diş itkisində rol oynadığını bildirib. Mütəxəssis vurğulayıb ki, bir dişin itirilməsi belə ardıcıl problemlərə yol açır: çeynəmə funksiyasının pozulması nəticəsində qonşu dişlərdə dağılma və yer dəyişmələri baş verir. Bu səbəbdən vaxtında protezləşdirmə vacibdir.

Bir diş zədələndikdə Oqanezov möhkəm “qapaq” funksiyası daşıyan kronka (tac) qoyulmasını məsləhət görür. Əgər sadəcə kiçik sınıq və ya çat varsa, ön səthə keramik vinir (nazik qapaq) tətbiq edilə bilər. 1-2 dişin əskikliyi zamanı stomatoloq müvəqqəti olaraq çıxarılan kiçik protezlərdən istifadəni tövsiyə edir. Bu, implant yerləşənədək və ya əməliyyat əks göstəriş sayıldıqda müvəqqəti həll kimi istifadə olunur. 3-4 ardıcıl diş olmadıqda isə həkim körpü tipli protezləri tövsiyə edir. Bu konstruksiya bir neçə süni tacdan ibarətdir və sağlam dişlərə bərkidilir. Lakin bunun üçün dayaq dişlərin yonulması tələb olunur və bu metod hər pasiyenta uyğun olmaya bilər. Dişlərin əksəriyyəti olmadıqda isə tam çıxarılan protezlər tətbiq olunur. Onlar diş ətlərinə “sorma effekti” ilə tutunur və çeynəmə, danışıq və estetik funksiyanı bərpa etməyə kömək edir.

Oqanezov qeyd edib ki, protezin materialı yalnız qiymətə deyil, həm də rahatlıq, estetik görünüş və davamlılığa təsir edir. Bu, diş ətinin vəziyyəti, qalan dişlərin sayı və komponentlərə həssaslıq nəzərə alınaraq fərdi seçilir. Onun sözlərinə görə, ucuz və dayanıqlı akril materialdan istifadə olunan baza protezləri bəzi pasiyentlərdə, xüsusilə uzun müddətli istifadədə, allergiya yarada bilər. Alternativ olaraq, daha yumşaq və elastik olan neylon material göstərilir. O, hipoallergen xüsusiyyətə malikdir və diş ətlərinə tez uyğunlaşır, lakin tez aşınır və zamanla formasını itirə bilər.

Stomatoloq həmçinin akrilsiz və metalsız müasir termoplastik materiallar – Acry Free və Quadrotti protezlərini də önə çəkib. Bu materiallar neylona nisbətən daha sərt, lakin yüngül və komfortludur. Xüsusilə akrilə qarşı həssas pasiyentlər üçün uyğundur.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri