Disney qadın işçilərə ədalətli əməkhaqqı iddiası üzrə 43.3 milyon dollar ödəyəcək
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin "Walt Disney Co." şirkəti ortasəviyyəli menecerlik vəzifələrində çalışan qadınlara, eyni vəzifələrdə çalışan kişilərə nisbətən daha az maaş verdiyi iddialarını həll etmək üçün 43.3 milyon dollar ödəməyə razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Razılaşma, 2019-cu ildə şirkətdə çalışan məhsul meneceri LaRonda Rasmussenin "Disney"ə qarşı qaldırdığı iddia ilə başlayan məhkəmə mübahisəsini yekunlaşdıracaq. Daha sonra iddiaya doqquz nəfər daha qoşulub.
İddia ərizəsində bildirilir ki, təxminən on illik dövr ərzində "Disney" ortasəviyyəli qadın menecerlərə, oxşar təcrübə və bacarıqlara malik kişi həmkarlarına nisbətən ümumilikdə 151 milyon dollar az maaş ödəyib.
"Disney" isə bu ittihamları rədd edir və razılaşmanı qəbul etməsinə baxmayaraq, iddiaları təsdiq etmir. Şirkət açıqlamasında bildirib: "Biz həmişə işçilərimizə ədalətli maaş verməyə çalışmışıq".
Razılaşma hələ də məhkəmə hakiminin təsdiqini tələb edir. Bu razılaşma şirkəti uzunmüddətli məhkəmə araşdırmaları və andlılar məhkəməsindən qoruyacaq.
Qeyd edək ki, "Disney" səhmləri çərşənbə axşamı ticarət zamanı 0.2% ucuzlaşıb. Cari ilin əvvəlindən etibarən şirkətin səhmlərinin dəyəri 28.5% artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Noyabr 2024 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















