Icma.az
close
up
RU
“Disney” “YouTube” platformasında uşaqlarla bağlı məlumatların toplanmasına görə 10 milyon dollar ödəyəcək

“Disney” “YouTube” platformasında uşaqlarla bağlı məlumatların toplanmasına görə 10 milyon dollar ödəyəcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

“The Walt Disney Company” ABŞ Federal Ticarət Komissiyasının (FTC) “YouTube”da uşaqlar haqqında şəxsi məlumatların qanunsuz toplanmasına dair irəli sürdüyü ittihamları həll etmək üçün 10 milyon dollar ödəyəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, FTC-nin açıqlamasına görə, şirkət uşaqlar üçün nəzərdə tutulmuş videomateriallara baxan azyaşlıların məlumatlarının valideynlərindən xəbərsiz və ya onların razılığı olmadan toplanmasına icazə verib.

Şikayətdə bildirilib ki, Disney internetdə uşaqların məxfiliyinin qorunması haqqında qaydaları pozaraq bəzi “YouTube” videolarında onların azyaşlılar üçün nəzərdə tutulduğunu göstərməyib. Agentlik iddia edib ki, şirkət 13 yaşınadək uşaqların məlumatlarını toplayaraq onları hədəfli reklam üçün istifadə edə bilib.

2019-cu ildə FTC ilə razılaşmadan sonra “YouTube” kontent yaradıcılarından yüklədikləri videoların uşaqlar üçün nəzərdə tutulmuş və ya tutulmayan olduğunu qeyd etməyi tələb etməyə başlayıb. Bu addım uşaqlar üçün hazırlanmış videolarda şəxsi məlumatların toplanmamasını və onlara fərdiləşdirilmiş reklamların göstərilməməsini təmin edir. Həmçinin həmin videolara şərh yazmaq da mümkün deyil.

Təklif olunan razılaşmaya əsasən, “Disney” 10 milyon dollar məbləğində cərimə ödəməli, uşaqlara dair məlumatların qorunması qaydalarına əməl etməli və “YouTube”da yerləşdirilən videoların “uşaqlar üçün nəzərdə tutulmuş” kimi işarələnməli olub-olmadığını yoxlamaq məqsədilə xüsusi proqram tətbiq etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri