Icma.az
close
up
RU
Distant iş modeli: Hansı üstünlükləri olacaq? Açıqlama

Distant iş modeli: Hansı üstünlükləri olacaq? Açıqlama

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Artıq "Məsafədən (distant) iş" anlayışı qanuniləşir. Belə ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.

Sənəddə vurğulanıb ki, prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.

Distant iş rejiminin qanuniləşməsinin həm işəgötürənlər, həm də ölkə iqtisadiyyatı üçün hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a danışıb:

“Xüsusilə, son illərdə qlobal miqyasda əmək münasibətlərində baş verən dəyişikliklər distant iş modelinin aktuallaşmasına səbəb oldu. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal platformaların genişlənməsi və pandemiya dövrünün təcrübəsi göstərdi ki, bir çox sahədə işin məsafədən təşkili həm iqtisadi, həm də sosial baxımdan səmərəlidir. Düşünürəm ki, distant iş modelinin işəgötürənlər, eləcə də iqtisadiyyat üçün kifayət qədər üstünlükləri var. Ən başlıcası, distant iş modeli ənənəvi ofis xərclərini əhəmiyyətli dərəcədə azaldır. Ofis sahəsinin icarəsi, kommunal xərclər, təmir-tikinti, avadanlıq təminatı və inzibati xərclər minimuma enir. Şirkətlər daha az resursla daha çox işçi saxlaya bilir. Həmçinin, işəgötürənin işçi seçimi yalnız müəyyən coğrafi ərazi ilə məhdudlaşmır. Coğrafi məhdudiyyətlər aradan qalxır və işəgötürən ölkənin istənilən bölgəsindən, eləcə də digər ölkələrdən istedadlı kadrlara çıxış əldə edir, bu da peşəkat kadr çatışmazlığını azaldır”.

V. Əhmədovanın sözlərinə görə, araşdırmalar göstərir ki, evdən işləyən işçilər yol yorğunluğunun və stressin olmaması, daha rahat iş mühiti kimi səbəblərdən daha məhsuldar və motivasiyalı işləyir:

“Distant iş bölgələrdə yaşayan əhalinin paytaxt və iri şəhərlərə köçmədən yüksək maaşlı işlərə çıxışını genişləndirir. Bunun nəticəsində regionlarda istehlak artır, xidmət sektoru genişlənir, yerli iqtisadiyyat canlanır. Bu, daxili miqrasiyanı da azalda və regional balanslı inkişafı stimullaşdıra bilər. Böyük şəhərlərdə tıxaclar azalır, ictimai nəqliyyata tələbat aşağı düşür. Bu isə dövlətin infrastruktur xərclərinin optimallaşdırılmasına səbəb olur. Eləcə də, qanuniləşdirilmiş distant iş qeyri-rəsmi məşğulluğun azalmasına, rəsmiləşdirilmiş əmək münasibətlərinin artmasına, dövlət büdcəsinə daha çox vergi daxil olmasına təkan verə bilər.

Qanuni distant iş imkanları yerli mütəxəssislərin beynəlxalq şirkətlər üçün Azərbaycandan çıxmadan işləməsinə şərait yaradır. Bu isə ölkəyə əlavə valyuta daxilolmasının artmasına, beynəlxalq əmək bazarına inteqrasiyanın güclənməsinə xidmət edir. Həmçimin, distant iş fiziki məhdudiyyətli şəxslərin, valideynlərin və yaşlı insanların məşğulluğuna yeni imkanlar yaradır”.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

“Statistikaya görə, 2025-ci il üzrə qlobal işçi qüvvəsinin təxminən 40%-nin hissə-hissə məsafədən işlədiyi müəyyən edilmişdir. Bu, pandemiyadan sonra da distant iş modelinin əsas seçim halına gəlməsinin göstəricisidir. Son tədqiqatlar göstərir ki, 2024-2025-ci illərdə orta hesabla ofisdən kənar iş günlərinin sayı həftədə təxminən 1.23 gün olmuşdur, yəni aylıq iş günlərinin təqribən 25%-i. Bu rəqəmlər onu göstərir ki, distant iş pandemiyadan sonra da aktuallığını itirməyib.

2022-ci ildən etibarən distant iş modeli ilə işləyən şirkətlərin sayı tədricən artmışdır.

Beynəlxalq tədqiqatlar distant işin məhsuldarlıq və işçi məmnunluğu baxımından müsbət təsirləri olduğunu deməyə əsas verir. Distant rejimdə çalışanların böyük əksəriyyəri təqribən 68-83%-i özlərini daha məhsuldar, işindən razı hiss etdiklərini bildirir”, - iqtisadçı qeyd edib.

İqtisadçı əlavə edib ki, təbii ki, distant işin faydaları şirkətin fəaliyyət istiqamətindən, sahəsindən, iş şəraitindən və texniki imkanlarından asılı olaraq dəyişir:

“Ona görə də, ümumi statistikalar fərdi hallara tam uyğun olmaya bilər. Eyni zamanda, distant iş modeli bəzi sosial və psixoloji risklər də daşıyır. Təcridlik, əmək-həyat balansının pozulması, əmək hüquqlarının düzgün tənzimlənməməsi və s. bu təsirlər mütləq nəzərə alınmalıdır. Distant iş rejimini qanuniləşdirərkən əmək hüquqları, məsuliyyətlər, vergitutma, sosial müdafiə və işçi rifahı kimi məsələləri tənzimləyən hüquqi baza formalaşdırılmalıdır. Bunun üçün də dövlət, biznes və ictimaiyyət arasında koordinasiyalı addımlar atılmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri