Icma.az
close
up
RU
Hansı sahələr distant iş rejiminə keçə bilər? Ekspertdən açıqlama

Hansı sahələr distant iş rejiminə keçə bilər? Ekspertdən açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda əmək münasibətlərində yeni mərhələ başlayır. Artıq Azərbaycanda distant iş qanuniləşir.

Hansı sahələrdə çalışan işçilərin distant işdən daha effektiv yararlana biləcəyi gözlənilir?

Azərbaycanda real sektorda – məsələn, maliyyə, İT, media, təhsil, xidmət və dövlət qurumlarında – distant işin tətbiqi nə qədər mümkündür?

Moderator.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda distant işin əmək qanunvericiliyinə daxil edilməsi ölkəmizdə əmək münasibətlərində keyfiyyət baxımından yeni mərhələnin başlanğıcı deməkdir:

“Artıq distant iş əvvəlki kimi yalnız pandemiya dövründə məcburi tətbiq olunan model deyil, qanunvericilikdə rəsmən təsbit edilən və hüquqi çərçivədə tənzimlənən bir əmək forması kimi hüquqi status qazanır. “Distant iş”in tətbiqi sahələr üzrə fərqlənir: bəzi sektorlar üçün tam şəkildə, bəzilərində qismən, bəzi sahələrdə isə ümumiyyətlə mümkün deyil. Xüsusilə İT və rəqəmsal xidmətlər sahəsində, eləcə də onlayn kurslar, onlayn tədris və tədris platformaları kimi təhsilin müəyyən istiqamətlərində distant iş çox yüksək effekt verir. Bu model zamana və xərclərə qənaət, daha yüksək performans, iş proseslərinin optimallaşdırılması kimi üstünlüklər yaradır. Eyni zamanda, xidmət sektorunun müəyyən sahələrində və dövlət qurumlarının bir sıra istiqamətlərində də distant iş formatı realdır. Məsələn, analitik araşdırma bölmələri və elektron xidmətlər şöbələri, çağrı mərkəzləri, onlayn müştəri xidmətləri kimi strukturlar həm dövlət, həm də özəl sektorda, o cümlədən banklarda geniş şəkildə bu modeldən yararlana bilirlər”.

Ekspertin sözlərinə görə, distant iş modelinin real sektorda tətbiq imkanlarının dəqiq faizlə göstərilməsi çətin olsa da, tendensiya bu formatın getdikcə daha geniş yayılacağını göstərir:

“Çünki “distant iş” həm ofis, kommunal və inzibati xərcləri, həm də nəqliyyatla bağlı məsrəfləri əhəmiyyətli dərəcədə azaldacaq.  Bundan əlavə, Bakıda müşahidə olunan tıxacların azalmasına belə müsbət təsir göstərə bilər. Distant iş kadr çatışmazlığının aradan qaldırılmasına da yardım edəcək. Çünki regionlarda yaşayan peşəkarlar artıq paytaxta gəlmədən paytaxtdakı təşkilatlarda işləyə bilirlər ki, bu da əmək bazarında daha geniş imkanlar yaradacaq.

Bununla yanaşı, distant işin müəyyən çatışmazlıqları da mövcuddur. Bəzi sahələrdə çalışan əməkdaşlara mütəmadi nəzarət tələb olunur və bu, məsafədən çətinlik yarada bilər. İnformasiya təhlükəsizliyi riskləri, internet sürəti və şəbəkə kəsintiləri kimi texniki problemlər də nəzərə alınmalıdır. Bu çətinliklər mərhələli şəkildə aradan qaldırıla bilər və yaxın dövrdə Azərbaycanda distant iş modelinin daha da genişlənməsi gözlənilir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri