Icma.az
close
up
RU
Distant təhsil uşaq psixologiyasına birbaşa toxunan qərardır Əməkdar müəllim

Distant təhsil uşaq psixologiyasına birbaşa toxunan qərardır Əməkdar müəllim

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, növbəti tədris ilindən distant təhsilin tətbiqi gözlənilir.

Redaktor.az distant təhsilin tətbiqi zamanı vəziyyətin necə olacağı haqqında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyevanın fikirlərini öyrəndi:

"Nazirin çıxışından mənim anladığım budur ki, deyəsən söhbət hamının distant oxumasından getmir, şagird sayı az olan bəzi məktəblərdə uşaqları uzaq məktəblərə aparmaq əvəzinə pilot distant-hibrid model tətbiq etmək planından gedir. Bu yanaşma isə mediada “gələn ildən şagird sayı az olan məktəblərdə distant təhsil” kimi təqdim olunub.

Amma burada iki həqiqəti çox açıq demək lazımdır. Birincisi, distant təhsil keyfiyyəti avtomatik artırmır. Pandemiya dövründən sonra aparılan tədqiqatlar və meta-analizlər göstərdi ki, uzunmüddətli məktəblərin bağlanması və genişmiqyaslı uzaqdan təhsil çox ölkədə öyrənmə itkiləri yaradıb; xüsusən də aztəminatlı ailələrdə və ibtidai sinif səviyyəsində təsir daha ağır olub. Yəni “internet var” cümləsi təkbaşına keyfiyyət demək deyil. İkincisi, distant modelin sosial inkişaf riski də var".

Əməkdar müəllim vurğuladı ki, uşaqlar məktəbdə təkcə təhsil almır, ünsiyyət, davranış, komanda işi, emosiyalarını idarə etməyi də orada formalaşdırır:

"Elmi araşdırmalar göstərir ki, uzunmüddətli uzaqdan təhsil uşaqlarda sosial təcrid, psixoloji gərginlik, dil və ünsiyyət bacarıqlarında zəifləmə kimi problemləri dərinləşdirir. Xüsusən 1-6-cı sinifdə “tam distant” model sosial bacarıqlar baxımından daha risklidir. Nazirin vurğuladığı infrastruktur hissəsinə də real baxmaq lazımdır: ölkədə təhsil müəssisələrinin fiber-optik şəbəkəyə qoşulması istiqamətində işlər aparılıb, amma şəbəkənin mövcudluğu ilə dərsin stabil işləməsi eyni şey deyil. Cihaz, kamera-səs keyfiyyəti, müəllimin iş yeri, platforma, texniki dəstək və evdə uşağın təhsil alma şərtləri eyni vaxtda həll olunmasa, distant model kağız üzərində hazır görünəcək, realda isə yarımçıq qalacaq. Bu pilot model yalnız o halda uğurlu ola bilər ki, “uşağı daşımayaq” məqsədi ilə yanaşı, təlim keyfiyyəti və sosial inkişaf üçün də dizayn edilsin. Yoxsa ilk il iki nəticə görəcəyik: bir qisim şagird üçün bu cür təhsil rahat olacaq, digər qisimdə isə həm öyrənmə, həm də sosiallaşma zəifləyəcək, dünya təcrübəsində də ən çox təkrarlanan mənzərə məhz budur. Bu mövzuda demək olar ki, distant təhsil “müasirlik vitrini” deyil. Bu, çox həssas, uşaq psixologiyasına birbaşa toxunan qərardır. Uğuru internetlə yox, bir sualla ölçəcəyik, uşaq həmin modeldə daha yaxşı öyrəndimi və sosial cəhətdən inkişaf edə bilirmi?"

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri