Icma.az
close
up
RU
Azərbaycanda distant təhsil QANUNİLƏŞİR

Azərbaycanda distant təhsil QANUNİLƏŞİR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Azərbaycanın ev sahibliyi etdiyi möhtəbər tədbir öz növbəsində ölkəmizin təkcə ekoloji sahəsinə deyil, eləcə də təhsil sahəsinə də öz müsbət təsirini verəcəkdir.

Konfransla bağlı Bakı və Abşeronda yerləşən ümumi və ali təhsil müəssisələri distant təhsil formasına keçid edib. Qeyd edək ki, Azərbaycanda distant təhsil təcrübəsi koronavirus pandemiyası zamanı da yaşanıb. COP29 zamanı bu təcrübənin tətbiqi onun yaxın gələcəkdə təhs

Modern.az bildirir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərovun sözlərinə görə, COP29 təkcə ekoloji fəlakətlərin qarşısının alınması üçün həyata keçirilən tədbir deyil:

“Bu tədbir Azərbaycanın gücünü dünyaya göstərmiş oldu. COP29 BMT-nin həyata keçirdiyi İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransıdır. Amma bu tədbirə ev sahibliyi etmək, 172 mindən artıq qonağı, eyni zamanda dünyanın 100-dən artıq dövlət başçısını qəbul etmək və bu cür böyük bir konfransın 2 həftə davam etməsi birmənalı olaraq qalib Azərbaycanın gücünü ortaya qoyur.

Hesab edirəm ki, torpaqlarını azad etmək üçün Azərbaycan hansı gücün sahibidirsə, 10 minlərlə insanı yüksək səviyyədə qəbul etmək də bizim üçün heç də çətin olmayacaq. Həmçinin, dünyada baş verən problemlərin Azərbaycanda müzakirə olunması və bütün ölkənin bu prosesə cəlb olunması bir daha onu göstərdi ki, Azərbaycan ərazi baxımdan kiçik ola bilər, amma dünya problemlərinin həlli baxımdan öncül dövlətlərdən biridir”.

A.İsgəndərov bildirib ki, Azərbaycan distant təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır:

 ““Ali təhsil haqqında” qanun qəbul edildikdə distant təhsillə bağlı bütün suallara cavab tapmaq mümkün olacaq. Artıq “Ali təhsil haqqında” qanunun qəbulu yekunlaşmaq üzrədir. Qanun qəbul edildikdən sonra tələbələrin, şagirdlərin, eləcə də müəllimlərin distant təhsillə bağlı heç bir çətinliyi qalmayacaq.

Məlumdur ki, dünyada qəbul olunan təhsil formlardan biri distant təhsil formasıdır. Azərbaycanda bu təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır. Biz bunu 2020-ci ildə şahidi olduq. Çünki COVİD19 pandemiyasının bütün dünyada tuğyan etdiyi zamanda biz istəsək də, istəməsək də distant təhsil formasına müraciət etdik.

Deməli bu təhsil formasından Azərbaycanda rahat şəkildə istifadə edilə bilir. İstifadə edə biliriksə, distant təhsil formasının qanun çərçivəsində olması da gözlənilir”, - deyə komitə sədri fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see320

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see249

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see200

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see195

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see189

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see170

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see169

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see168

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see164

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see163

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see162

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see155

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see154

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see153

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see153

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see153

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see151

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

14 Avqust 2026 07:39see150

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see144

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri