Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Distant təhsilə məhdudlaşdırıcı yanaşma: çıxış yolu varmı?

Distant təhsilə məhdudlaşdırıcı yanaşma: çıxış yolu varmı?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda distant (onlayn) formalı təhsillə alınan xarici diplomlar hazırda rəsmi şəkildə tanınmır. Bu, Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) və Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən belədir.

"Təhsil haqqında" Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xarici universitetlərdə distant formada təhsil alanların diplomlarının Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən tanınmaması ciddi problemlər yaradır. Bu vəziyyət yalnız fərdi səviyyədə tələbələrin təhsil hüquqlarını məhdudlaşdırmır, eyni zamanda ölkənin əmək bazarına təsir göstərir, eləcə də Azərbaycan təhsil sisteminin qlobal təhsil məkanına inteqrasiyasını çətinləşdirir: "Hazırda TKTA yalnız əyani və qiyabi formada xaricdə təhsil alanların diplomlarını tanıyır, bu isə Azərbaycanda təhsil alanlarla xaricdə distant təhsil alanlar arasında hüquqi bərabərsizliyə gətirib çıxarır. Qlobal miqyasda distant təhsil 21-ci əsrin əsas təhsil modellərindən birinə çevrilib. Pandemiya dövrü ilə birlikdə onlayn təhsil sistemləri kütləvi şəkildə inkişaf etdi və dünyanın ən nüfuzlu universitetləri - Harvard, MIT, Oksford, Kembric kimi ali məktəblər belə distant təhsil proqramlarını genişləndirdilər. UNESCO-nun hesabatına görə, dünyada ali təhsil alan tələbələrin təxminən 20 faizi tamamilə distant formada oxuyur. ABŞ-da isə bu göstərici 30 faizə qədər yüksəlib və 2030-cu ilə qədər distant təhsil alanların ənənəvi təhsil alan tələbələrlə eyni səviyyəyə çatacağı proqnozlaşdırılır. Böyük Britaniyada Açıq Universitet və London Universitetinin onlayn təhsil proqramları vasitəsilə hər il on minlərlə tələbə ali təhsil alır və onların diplomları heç bir məhdudiyyət olmadan tanınır. Türkiyədə Anadolu Universiteti, İstanbul Universiteti və digər dövlət universitetləri distant təhsili tam rəsmiləşdirib və məzunlarının diplomlarını dövlət və özəl sektor bərabər əsaslarla tanıyır. Almaniya, Kanada və Avstraliya kimi ölkələrdə də distant təhsil ali təhsilin qəbul edilmiş və qanuni formalarından biri sayılır. Avropa Ali Təhsil Məkanına (EHEA) üzv olan ölkələrin əksəriyyəti distant təhsili akkreditasiya standartlarına uyğun olaraq tanıyır".

Ekspert qeyd edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda distant təhsilə qarşı yanaşma daha məhdudlaşdırıcıdır: "TKTA tərəfindən xaricdə distant formada alınan diplomların tanınmamasının əsas arqumenti distant proqramların keyfiyyətinə nəzarətin çətin olması ilə bağlıdır. Lakin bu yanaşma tamamilə problemli görünür, çünki distant formada təhsil verən bir çox universitetlər artıq beynəlxalq akkreditasiyadan keçib və ali təhsildə keyfiyyət təminatı sahəsində ciddi nəzarət mexanizmlərinə malikdirlər. Məsələn, ABŞ və Avropada fəaliyyət göstərən ABET (Accreditation Board for Engineering and Technology), AACSB (Association to Advance Collegiate Schools of Business), AMBA (Association of MBAs) və digər qurumlar ali təhsil müəssisələrinin həm əyani, həm də distant proqramlarını qiymətləndirir və keyfiyyət standartlarına uyğun olduğunu təsdiqləyir. Azərbaycanda isə TKTA heç bir fərdi qiymətləndirmə aparmadan ümumi bir yanaşma tətbiq edir və distant diplomları avtomatik olaraq tanımır. Bu isə bir çox tələbələrin xarici universitetlərdə təhsil almaq imkanlarını məhdudlaşdırır və əmək bazarında onların hüquqlarını məhdudlaşdıran süni baryerlər yaradır".

Kamran Əsədov hesab edir ki, məsələnin həlli üçün bir neçə istiqamət üzrə dəyişikliklər aparıla bilər. Birincisi, distant təhsil diplomlarının tanınması üçün TKTA tərəfindən beynəlxalq akkreditasiya standartlarına əsaslanan fərdi qiymətləndirmə mexanizmi hazırlanmalıdır. Yəni distant təhsil proqramları avtomatik olaraq rədd edilməməli, əksinə, onların keyfiyyəti və akkreditasiyası nəzərə alınmalıdır. Məsələn, dünya reytinqlərində yer alan və akkreditasiyadan keçmiş universitetlərin distant proqramları tanına bilər. Bu yanaşma artıq Avropa ölkələrində tətbiq olunur. Almaniya, Fransa və Niderland kimi ölkələrdə distant diplomların tanınması üçün keyfiyyət təminatı agentlikləri universitetlərin akkreditasiyasını və məzmun uyğunluğunu yoxlayır. Azərbaycan da bu praktikadan istifadə edə bilər və distant təhsil alanların diplomlarını fərdi qaydada qiymətləndirərək tanınmasını təmin edə bilər.

Dünyanın bir çox universitetləri artıq distant təhsili tamamilə onlayn deyil, müəyyən əyani komponentlərlə birlikdə təqdim edir. Yəni tələbələr bəzi dərsləri onlayn alır, lakin praktiki dərsləri və ya seminarlarda iştirak etmək üçün universitetə gedirlər. Bu model Böyük Britaniyada London Universitetinin beynəlxalq proqramlarında, ABŞ-ın "Harvard Extension School"da, Avstraliya və Kanada universitetlərində geniş yayılıb. Azərbaycan da bu yanaşmanı tətbiq edərək, tamamilə onlayn olmayan, müəyyən dərəcədə əyani iştirak tələb edən distant təhsil diplomlarını tanıya bilər. Distant təhsil diplomlarının tanınmaması problemini həll etmək üçün qanunvericilik səviyyəsində dəyişikliklər edilməlidir. Hazırda "Təhsil haqqında" qanunda distant təhsil nəzərdə tutulsa da, onun xarici universitetlər üçün tətbiq olunması ilə bağlı aydın mexanizmlər yoxdur. Bu boşluq aradan qaldırılmalıdır. Əgər distant təhsil rəsmi olaraq qanunla tanınırsa, o zaman xarici universitetlərdə distant təhsil alan şəxslərin diplomları da müəyyən şərtlər daxilində tanınmalıdır. Bunun üçün TKTA universitetlərə və proqramlara fərdi yanaşmalı, yalnız akkreditasiyadan keçmiş və dünya miqyasında tanınan distant proqramları qəbul etməlidir.

Distant təhsilin tanınmaması yalnız fərdi tələbələrə deyil, bütövlükdə Azərbaycanın rəqəmsal transformasiyasına da mənfi təsir göstərir. İnformasiya texnologiyaları, mühəndislik, biznes və bir çox digər sahələrdə distant təhsil effektivdir və bu sahələrdə çalışan mütəxəssislər üçün onlayn təhsil daha rahat və əlçatandır. Məsələn, proqramlaşdırma sahəsində dünyanın ən nüfuzlu onlayn kursları olan Stanford, MIT və Harvard universitetlərinin təqdim etdiyi distant proqramlar beynəlxalq şirkətlər tərəfindən qəbul edilir. Əgər Azərbaycan bu diplomları tanımırsa, bu, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək və IT sahəsində kadrların yetişməsində ciddi maneələr yaradacaq.

Azərbaycanın təhsil siyasəti beynəlxalq təhsil trendlərinə uyğunlaşdırılmalıdır. Əks halda, distant təhsil alan tələbələr ölkəni tərk edərək başqa ölkələrdə iş tapmağa üstünlük verəcəklər. Türkiyə, Rusiya, Qazaxıstan kimi qonşu ölkələr artıq distant təhsil diplomlarını tanıyır və bu sahədə çevik hüquqi mexanizmlər hazırlayırlar. Əgər Azərbaycan bu dəyişiklikləri etməzsə, rəqabətə davam gətirə bilməyəcək və beynəlxalq əmək bazarında yerini itirəcək.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, məsələnin həlli üçün tədrici və balanslı yanaşma tələb olunur. TKTA distant diplomları avtomatik rədd etmək əvəzinə, onların keyfiyyətini dəyərləndirməli və akkreditasiya meyarlarını müəyyən etməlidir. Bu, həm tələbələrin hüquqlarını qoruyacaq, həm də Azərbaycanın ali təhsil sisteminin qlobal standartlara uyğunlaşmasını təmin edəcək: "Nazirlər Kabinetinin qəbul etdiyi "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na görə, distant formada alınan diplomların tanınması nəzərdə tutulmayıb. Sənədin 4-cü maddəsində tələbənin "hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması" və "tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması" nəzərdə tutulub. Müxtəlif vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən, həmçinin distant formada təhsilə nəzarət imkanlarının yetərli olmadığını əsas gətirərək bu təhsil forması ilə alınan diplomları tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır ki, bu qaydada davam edir.  Baxmayaraq ki, Azərbaycanda iki il tədris distant formada aparılıb və hökumət bu qaydada verilən diplomlarımızı tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant formada bitirənlərin diplomları ölkədə hələ də tanınmır".

Məsələ ilə bağlı münasibət öyrəndiyimiz Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki,  bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə "onlayn" şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Agentlik tərəfindən diplomların  tanınması yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Yaxın gələcəkdə bu qaydaların dəyişdirilməsi nəzərdə tutulmur.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see269

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see267

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see260

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see245

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see234

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see224

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see224

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see220

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see220

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see218

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see213

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see210

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see204

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri