Distant təhsilin effektivliyinə gəlincə isə, bu bir neçə amildən asılıdır ŞƏRH EDİLDİ
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ümumiyyətlə, yanvar ayı etibarilə virus infeksiyalarının burada qrip və digər respirator virusların yayılması fonunda təhsil müəssisələrinin bağlanması, distant təhsilə keçid və məktəb, baxçaların bağlanması ssenarisi lokal səviyyədə real hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, hazırkı yanaşma ölkə üzrə tam qapanmadan daha çox, yoluxma sayının kritik həddə çatdığı konkret siniflərin və məktəblərin müvəqqəti karantinə alınmasını nəzərdə tutur: "Elm və Təhsil Nazirliyi, adətən Səhiyyə Nazirliyinin tövsiyələri əsasında epidemioloji vəziyyəti izləyir və qərarları da bu əsasda verir. Bu istiqamətdə yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Hələlik Elm və Təhsil Nazirliyindən bu barədə rəsmi açıqlama yoxdur. Bütün hallarda Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq, Elm və Təhsil Nazirliyi lokal qapanmalarla bağlı qərarlar verə bilər, və bu da ictimaiyyətə açıqlanacaq. Distant təhsilin effektivliyinə gəlincə isə, bu bir neçə amildən asılıdır. Distant təhsil bildiyimiz kimi birbaşa rəqəmsallaşma ilə bağlıdır. Yəni, şagirdlərin internetə çıxışı və lazımi avadanlıqla təminatı burada həlledici faktordur. Digər faktorlardan biri də yaş qrupudur. Aşağı sinif şagirdləri və baxça yaşlı uşaqlar üçün distant təhsilin effektivliyi ümumiyyətlə çox aşağıdır. Çünki bu yaş qruplarında sosial ünsiyyət və fiziki iştirak çox önəmlidir. Distant təhsil yalnız müəllimlərin rəqəmsal platformalardan düzgün istifadə etdiyi və şagirdlərə nəzarət etdiyi halda müəyyən nəticə verə bilər. Burada müəllimin dəstəyi və bacarığı çox önəmlidir. Uzunmüddətli distant təhsil şagirdlərin sosiallaşma bacarıqlarının zəifləməsinə və motivasiya düşüklüyünə səbəb ola bilər.
Ümumilikdə isə distant təhsil ənənəvi təhsili tam əvəz edə biləcək qədər yüksək effektivliyə malik deyil. Biz bunu COVID-19 pandemiyası zamanı gördük. Hazırkı durum, təbii ki, o qədər də qorxulu deyil. Bu pandemiya deyil, sadəcə mövsümi viruslardır. Mən yaxın perspektivdə ciddi qapanmaların olacağını gözləmirəm. Yalnız müəyyən siniflərdə lokal qapanmalar ola bilər və bu mənada mütləq şəkildə prosesə genişmiqyaslı keçid gözlənilmir. Yekun olaraq onu qeyd etmək olar ki, yalnız qeyd etdiyim kimi, lokal qərarlar ayrı-ayrı sinif və ya qruplarda əgər zərurət yaranarsa qəbul edilə bilər. Biz də bunu yaxın gələcəkdə vəziyyətə uyğun olaraq müvafiq qurumların qərarlarında görə biləcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















