Icma.az
close
up
RU
Divanda uzanıb qalmışdı, qolunda şpris vardı Bakıda türk iş adamının sirli ölümü

Divanda uzanıb qalmışdı, qolunda şpris vardı Bakıda türk iş adamının sirli ölümü

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bir neçə gün öncə Bakıda evində meyiti tapılan “Aze Bilişim Finance” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski feysbuk hesabında paylaşım edib.

Hüquqşunas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:

“Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım”.

R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:

“Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatıyla bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəm”.

R.Xoyski bildirib ki, Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.

Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb.

Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri