Icma.az
close
up
RU
Bakıda iş adamının müəmmalı ölümü DETALLAR

Bakıda iş adamının müəmmalı ölümü DETALLAR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gün öncə Bakıda evində meyiti tapılan “Aze Bilişim Finance” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski feysbuk hesabında paylaşım edib.
Hüquqşunas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:
“Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib.
Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım”.
R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:
“Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatıyla bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəm”. 
 

R.Xoyski bildirib ki, Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.


Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb. 
Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see297

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see291

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see264

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see249

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see243

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see240

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see234

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see232

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see227

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see226

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see222

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see221

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see220

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see220

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see219

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see219

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see191

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see183

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see181

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri