Diyarbəkirdə 100 ə qədər neft quyusunun qazılması planlaşdırılır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 24 mart, AZƏRTAC
Türkiyənin “TPAO” dövlət neft şirkəti Diyarbəkir əyalətinin cənub-şərqində 100-ə qədər yeni neft quyusu qazmaqla neft hasilatını genişləndirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “TPAO”nun regional istehsal meneceri Mehmet Tahir Ergin jurnalistlərə bildirib. O xatırladıb ki, Anadolunun bu hissəsində “qara qızıl” hasilatı 1961-ci ildən bəri davam edir, ilk barellər isə Kurkan-2 yatağından əldə edilib. Onun sözlərinə görə, Türkiyənin bu əyalətində hazırda gündə təxminən 15 min barel neft istehsal edilir ki, bu da Türkiyənin enerji təhlükəsizliyinin artmasına töhfə verir.
“Diyarbəkirdə tezliklə təxminən 100 yeni quyu qazılacaq, gündəlik hasilat isə tezliklə 20 min barelə yaxınlaşacaq. Qazılan hər bir quyu regional iqtisadiyyatın inkişafına birbaşa töhfə verir, məşğulluğu artırır və Türkiyənin cənub-şərqində ticarət fəaliyyətini stimullaşdırır”, - deyə M.T.Ergin bildirib.
Türkiyə mediası Hörmüz boğazındakı böhran fonunda yerli yataqlardan neft və qaz hasilatını artırmaq üçün aktiv səyləri “strateji cəhətdən əhəmiyyətli” adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 24 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















