Diyetoloq demensiya və insultdan qoruyan məhsulu açıqladı
Icma.az, Azpost saytına istinadən bildirir.
Diyetoloq Sara Berri demensiya və insult riskini azaldan məhsul barədə danışıb. Onun sözlərinə görə, bu beyin xəstəliklərinin yaranma ehtimalını azaltmağa kömək edən əsas qidalardan biri qoz-fındıq, xüsusilə də badamdır. AzPost Daily Mail saytına istinadla xəbər verir ki, mütəxəssis badamın ürək üçün faydalı yağlarla, liflə və qan damarlarının fəaliyyətini dəstəkləyən, həmçinin bağırsaq mikrobiomunun balansını qoruyan bioaktiv birləşmələrlə zəngin olduğunu bildirib.
Diyetoloq qeyd edib ki, badamın tərkibində iltihabəleyhinə xüsusiyyətlərə malik polifenollar mövcuddur. Bundan əlavə, bu məhsulda olan arginin adlı amin turşusu damar sağlamlığının qorunması üçün vacib olan azot oksidinin yaranmasında mühüm rol oynayır.
Paylaş
Baxış sayı:153
Bu xəbər 10 Fevral 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















