Icma.az
close
up
RU
Dizayn dünyasında Azərbaycanın səsi: CHELEBI Milanda 5VIE də

Dizayn dünyasında Azərbaycanın səsi: CHELEBI Milanda 5VIE də

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Dünya əşyavi mədəniyyətinin inkişaf istiqamətini müəyyən edən Milan Dizayn Həftəsində Azərbaycan brendi CHELEBI 5VIE Design Week-in möhtəşəm tədbirində yeni kolleksiyası ilə iştirak edərək diqqətçəkən təqdimatla çıxış etdi. Le Cavallerizze məkanında təqdim olunan ekspozisiya memarlıq təsvirləri, sənətkarlıq ənənələrini və dərin mədəni interpretasiyanı birləşdirdi.

2013-cü ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan brend, uzun illərdir incəsənət, memarlıq və dizaynın qovşağında fəaliyyət göstərən layihə kimi tanınır. Bu il CHELEBI Azərbaycanın həm maddi, həm də simvolik kodlarından ilhamlanan işlərini təqdim etdi - daşdan və tekstildən tutmuş körpülərə və ornamentlərə qədər.

Kolleksiyanın mərkəzində müəllif jesti

Kolleksiyanın əsas əsəri olan Bugelemun Sandy Table - yalnız jurnal masası deyil, həm də emosional və mənəvi baxımdan bütün kolleksiyanın mərkəzidir. Masanın səthi fərdi şəkildə bişirilmiş keramika plitələrindən ibarətdir. Onun fakturasında Xəzər sahillərindən toplanmış qum, midyə qabıqları və daşlar yer alır. Bu, sadəcə dekorativ yanaşma deyil - sənəd xarakterli müəllif jestidir; Aida Mahmudovanın şəxsi hiss və düşüncələrinin əşyaya çevrilmiş formasıdır.

Bu obyektin yaradılması brendin təsisçisinin müəllif layihəsidir. Burada incə material seçimi ilə bədii baxış birləşir. Bugelemun Sandy Table sadəcə bir hekayə danışmır - o, bu hekayəni öz materiyasında yaşadır. Bu yanaşma emosional dərinlik yaradır və kolleksiyanı tipik dizayn həllərindən fərqləndirir.

Əşya içində memarlıq

Kolleksiyanın digər obyektləri memarlıq formaları ilə dialoqu davam etdirir:

- Khudafarin adlı yemək dəsti Araz çayı üzərindəki əfsanəvi körpüyə istinad edir - onun pilləli strukturu qədim daş hörgüsünün ritmini təkrarlayır.

- Divankhaneh Pouf - İçərişəhərdəki eyniadlı memarlıq abidəsinin müasir interpretasiyasıdır, eyni zamanda kəlağayı parçalarının naxış və teksturlarını həcmi və toxunuşa çevrilmiş formada əks etdirir.

Kolleksiya üzərində iş Londonda yerləşən Saga memarlıq studiyası və memar Alina Kvirkvelia ilə əməkdaşlıq çərçivəsində aparılıb ki, bu da layihəyə əlavə konstruktiv ifadəlilik qazandırıb.

Qlobal kontekstdə milli xarakter

CHELEBI-nin Milanda iştirakı təkcə peşəkar uğur deyil. Bu, həm də mədəni bir bəyanatdır: Azərbaycan əşyavi dizaynı çağdaş, dərin və beynəlxalq səviyyədə tələb olunan ola bilər.

Brend Azərbaycanın Milli İncəsənət Muzeyi ilə sıx əməkdaşlıq edir, kolleksiyalardan, ornamentlərdən və memarlıq formalarından ilham alır. Amma layihənin əsas gücü - ənənənin vizual dilini bu gün üçün anlaşılan və dəyərli formaya çevirmə bacarığıdır.

Ölkənin mədəni imicinə dəstək

CHELEBI-nin 5VIE Design Week-də iştirakı yalnız müasir dizaynın inkişafına deyil, həm də Azərbaycanın mədəni təsvirin möhkəmlənməsinə xidmət edir. Bu gün, lokal hekayələrin qlobal xəritədə daha çox önəm qazandığı bir dövrdə, CHELEBI Azərbaycanın zəngin mədəniyyətinin inamlı səsi kimi səslənir.

Aytac Qasımova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri