Icma.az
close
up
RU
PLAITE CHELEBI brendin Milanda zəfəri

PLAITE CHELEBI brendin Milanda zəfəri

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər yaz yeni adların önə çıxdığı, dizayn tarixinin yenidən yazıldığı Milan bu dəfə Azərbaycan brendi "CHELEBI"ni böyük səhnədə təqdim edib. Brendin yeni "PLAITE" kolleksiyası dünyanın ən müstəqil və öndəgedən dizayn platformalarından biri olan "Alcova" çərçivəsində təqdim olunub.

"PLAITE" sadəcə sərgi deyil, bu, müasir estetika və zəngin sənət irsi arasında qurulan dialoqun vizual təcəssümüdür. Kolleksiya, "CHELEBI"nin qurucusu və tanınmış rəssam Aida Mahmudova ilə ispan dizayner Natalia Ortega (Worn Studio) arasında yaranan yaradıcı əməkdaşlığın nəticəsidir. Onlar sadəcə formaları birləşdirmədilər - yeni bir üslub yaratdılar, bu üslubla Şərq dünyası Qərblə öz sözünü dedi.

Kolleksiyaya daxil olan vazalar və süfrə elementləri keramika, ağac, şüşə və təbii liflərdən əl işi nəticəsində hazırlanıb. İstehsalda 15 müxtəlif sənətkarlıq emalatxanası iştirak edib - və bu, hər bir əşyanın toxunuşunda, enerjisində, ruhunda hiss olunur.

Kolleksiyanın əsas vizual kodunu təşkil edən hörgü motivləri Azərbaycan sənətkarlıq ənənələrinə istinad edir. Amma bu istinad nostalji deyil - o, müasir, güclü və fərdi üslubda təqdim olunur.

Təqdimat üçün seçilən məkan isə Milan yaxınlığındakı tarixi Borsani villası idi. İntizamlı memarlıq və retro-modernist atmosfer "PLAITE" obyektləri üçün ideal səhnə olub. Əşyalarla məkan arasında elə bir harmoniya yarandı ki, bu təqdimat sərgidən çox performansa çevrilib.

Peşəkar mühitin diqqəti dərhal cəlb olunub. "PLAITE" haqqında dərhal yazmağa başladılar, ekspozisiyanı dəfələrlə ziyarət etdilər, media nümayəndələri heyranlıqlarını gizlədə bilməyiblər. Bu, rəsmi təqdir yox, həqiqi maraq və dəyərin göstəricisi idi.

"CHELEBI"nin Milanda inamla atdığı bu addım yalnız brendin deyil, həm də çağdaş Azərbaycan dizaynının qlobal səviyyədə tanınması yolunda böyük nailiyyətdir. XXI əsrin dizaynı necə olmalıdır sualına cavabdır: dərin, dürüst və hiss dolu.

Bu uğur təkcə sənaye kontekstində deyil, bütövlükdə ölkəmiz üçün qürur mənbəyidir. Azərbaycan mədəniyyəti yenidən dünyaya səslənir - bu dəfə dizayn dili ilə, zərif, müasir və olduqca təsirli şəkildə.

Aytac Qasımova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri