Icma.az
close
up
RU
Dizel maşınların şəhərə girişi qadağan oluna bilər? AÇIQLAMA

Dizel maşınların şəhərə girişi qadağan oluna bilər? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel mühərrikli avtomobillərin istifadəsinin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirib. Bu istiqamətdə müəyyən hazırlıq işlərinin aparıldığı qeyd olunur. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina istiqamətində addımlar atır və keçid prosesini tədricən həyata keçirməyə hazırlaşır. Azərbaycanda bununla vəziyyət nə yerdədir?
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, dizel mühərrikli avtomobillərin istifadəsi və onların qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı ən çox qərar qəbul edən region Avropa İttifaqı ölkələridir:
"Almaniyada Berlin, Münhen, Hamburq və Ştutqart kimi şəhərlərdə Avro 4 və Avro 5-dən aşağı ekoloji standartlara cavab verən dizel avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda Fransada və İspaniyada dizel və ümumilikdə daxili yanma mühərrikli avtomobillərin satışının 2035-ci ildən etibarən qadağan olunması planlaşdırılır. Norveç isə 2025-ci ildən etibarən bu tip mühərriklərin satışını mərhələli şəkildə məhdudlaşdırmağı hədəfləyir. Böyük Britaniyada 2032-ci ildən, Şotlandiyada isə 2040-cı ildən dizel mühərrikli avtomobillərin satışının dayandırılması nəzərdə tutulur. Niderland və İslandiyada da yaxın 10 il ərzində bu nəqliyyat vasitələrinin həm istifadəsinin, həm də satışının məhdudlaşdırılması ilə bağlı planlar mövcuddur".
Ekoloqun sözlərinə görə, bu siyasətin əsas səbəbi dizel mühərriklərinin ətraf mühitə daha yüksək təsir göstərməsidir:
"Onlar daha çox his və PM 2.5, PM 10 kimi xırda hissəciklər emissiya edir. Bu hissəciklər uzun müddət havada asılı qalaraq həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi zərər vurur. Məhz buna görə 2030–2035-ci illərdən etibarən dizel və ümumilikdə benzin mühərrikli avtomobillərin mərhələli şəkildə məhdudlaşdırılması istiqamətində Avropa ölkələrində ciddi tədbirlər planlaşdırılır. Azərbaycanda isə hələ bu istiqamətdə genişmiqyaslı məhdudlaşdırma tədbirləri tətbiq olunmayıb. Yalnız dizel və benzin yanacaqlarının qiymətlərinin yaxınlaşdırılması nəticəsində müəyyən təsir yaranıb və bu da dizel avtomobillərinə marağı qismən azaldıb. Gələcəkdə bu istiqamətdə hər hansı tədbirin görülüb-görülməyəcəyi barədə isə rəsmi və açıq məlumat yoxdur".
Ekoloq deyib ki, Asiya ölkələrində də oxşar tendensiya müşahidə olunur:
"Yaponiyada ekoloji normalara cavab verməyən dizel avtomobillərinin şəhərlərə girişinə məhdudiyyətlər tətbiq edilib. Çində və Sinqapurda da bu istiqamətdə ciddi tənzimləmələr həyata keçirilir. Kanada və ABŞ-də isə dizel mühərrikli nəqliyyat vasitələrinin şəhər daxilində istifadəsi getdikcə daha sərt qaydalarla məhdudlaşdırılır. Ümumilikdə bu prosesin əsas məqsədi havanın çirklənməsinin azaldılması və insan sağlamlığının qorunmasıdır. Lakin bu, asan proses deyil, çünki avtomobil sənayesi uzun illərdir bu texnologiyalara uyğun formalaşıb. Buna görə də keçidin mərhələli şəkildə, xüsusilə 2030-cu ildən sonra daha da sürətlənəcəyi gözlənilir", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri