Dizelin bahalaşması daşıyıcı şirkətlərə mənfi təsir edəcək
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yanvarın 1-dən dizel yanacağının bir litrinin 10 qəpik bahalaşması yükdaşıma, sərnişindaşıma və digər daşıma şirktlərinin maliyyə yükünü artırıb.
“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı ARB kanalı sujet hazırlayıb.
Bildirilib ki, hazırda Bakıda və ətraf ərazilərdə sərnişindaşımada istifadə edilən avtobusların yarıya qədəri dizel mühərriklidir.
Bölgələrdə isə avtobusların demək olar hamısı dizellə işləyir. Yükdaşıma fəaliyyəti göstərən, eləcə də böyük marketlər şəbəkələrinə və distribütör şirkətlərə məxsus nəqliyyat vasitələrinin də hamısı dizel mühərriklidir. Bu da müəyyən bahalaşmaları və ya keyfiyyət azalmasını labüd edir.
Daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov bildirib ki, belə olan təqdirdə dövlətin məsələyə müdaxilə etməsi, daşıyıcılara subsidiya ayırması daha yaxşı olardı.
Nəqliyyat eksperti Ərşad Hüseynov isə bu ildən bəzi subsidiyalaşma mexanizmlərinin qüvvəyə mindiyini, lakin tələblərin çox sərt olduğunu və yalnız CNG yanacağı və elektrik mühərrikli nəqliyyat vasitələrinə şamil olunmasını qeyd edib.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















