Icma.az
close
up
RU
“Daşıyıcı şirkətlərə dəstəklə bağlı yanaşma dəyişməlidir” Ekspertdən artımla bağlı AÇIQLAMA

“Daşıyıcı şirkətlərə dəstəklə bağlı yanaşma dəyişməlidir” Ekspertdən artımla bağlı AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə ictimai nəqliyyatda gediş haqları 10 qəpik artırılaraq 60 qəpik edildi.

Avtosfer.az xəbər verir ki, məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Artıq sosial şəbəkələrdə vətəndaşlar qiymət artımları ilə əlaqədar şikayətlər etməyə başlayıb. İqtisadçılar, eləcə də sosioloqlar qiymət artımına ehtiyacın olmadığını və bununəhalinin sosial vəziyyətinə mənfi təsir edəcəyini açıqlayıb. Onların fikrincə, qiymət artımlarının daşıyıcı şirkətlərin inkişafına gətirib çıxarmasının əhaliyə heç bir aidiyyəti yoxdur. Bu azmış kimi, əhali ictimai nəqliyyatın inkişafı ilə bağlı əvvəlki qiymət artımından heç bir yenilik görməyib və buna görə də yeni inkişaf əsaslandırmasını da müsbət qarşılamayacaq.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, qiymət artımını aidiyyəti qurum belə əsaslandırıb ki, avtobus parkının yenilənməsi üçün daşıyıcı şirkətlərə dəstək lazımdır və bu dəstəyi də vətəndaşlar ödəməlidir:

“Çünki gediş haqqının artırılması, onu göstərir ki, vətəndaşlar artıq pul ödəyəcəklər, ictimai nəqliyyat da inkişaf edəcək.

Amma, mən düşünürəm ki, burada yanaşmanı bir balaca da dəyişib həm də dövlət tərəfindən dəstəyi ortaya qoymaq olardı. Dövlətin də bu sahədə dəstəyi olsa, ictimai nəqliyyat daha tez inkişaf eləyə bilər, daha sürətli inkişaf eləyə bilər, daha şaxəli ola bilər. Yəni, gediş haqqının da 10 qəpiklik artırılması tam olaraq bütün ictimai nəqliyyatı əhatə eləməyəcək.

Məsələn, metro birbaşa artdı, oldu 60 qəpik. Avtotobuslar da isə yalnız elektrik və sıxılmış qazla işləyən avtobuslardır Bakı şəhərində. Özü də elə şərtlər qoyublar ki, bu, bütün ictimai nəqliyyata əhatə eləməyəcək.

Yəni, bildiyim qədər ilə müəyyən bir hissəsinə təsir göstərir. Deyək ki, “BakuBus”ın, “Xaliq Faiqoğlu” şirkətinin və yaxud da digərlərinin konkret bir marşrut üzrə 15 avtobusu var və yaxud onların 15-i də sıxılmış qazla işləyir və yaxud da elektriklidir. Bunlara o qərar şamil olunur.

Amma digər bir marşrutdə 15 avtobus var, 15-in 10-u benzinlə işləyir, 5-i köhnədir, o zaman gediş haqqı ona şamil edilmir və yaxud da 10 avtobus var, 3-ü elektriklidir, 2-si dizeldir, qalanları da köhnə tör-töküntü avtobuslardır, buna da şamil edilmir. Yəni, elə şərtlər qoyurlar ki, bu, çox az bir hissəyə şamil olunur.

İndi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi belə əsaslandırır ki, bu, digər daşıyıcı şirkətlərə bir stimul verəcək ki, onlar da avtobus parkını yeniləsələr, artımla sərnişin daşıya biləcəklər, daha baha qiymətə daşıya biləcəklər. Təxmini belə əsaslandırma olur ki, Azərbaycanda bir sərnişin daşınması 1 manatın üzərində xərc tələb edir və yaxud da 80 qəpik-1 manat 20 qəpik civarında götürülür.

Amma belə hesablayırlar ki, bu 50 qəpiyə xidmət daşıyıcıya sərf eləmir. Bəs bu 10 qəpilik artım bütün daşıyıcıları qane edirmi?

Ekspert onu da vurğulayıb ki, əslində, detallı şəkildə diqqət edilsə, daşıyıcıların bundan da məmnun olmadığı görünür:

“Birincisi, əsaslandırırlar ki, azdır. 60 qəpik də bunlar üçün azdır. İkincisi də, deyirlər ki, bu artım birbaşa artım deyil. Yəni bu, bəzi avtobuslarda artım olacaq, bəzilərində olmayacaq. O zaman bu konfortlu avtobusu olan şirkətlər fikirləşirlər ki, qiyməti əgər bunlar da artırsalar, vətəndaş qaçıb minəcək o köhnə avtobusa. O zaman belə çıxır ki, köhnə avtobuslarda sıxlıq yaranacaq. Heç kim 60 qəpik vermək istəmir. Yalnız məcbur qalıb 60 qəpikliyə minəcəklər, bəzi hallarda ki, gecikməsinlər və yaxud da sıxlıq olmasın. Vətəndaş da, 50 qəpik ödəmək istəyən vətəndaş da oturub saatlarla da olsa, gözləyəcək ki, köhnə avtobus gəlsin, 50 qəpik verib ona minsin. Nağdsız ödəniş formasında 50 qəpik verib ona minəcək.

Bax, bu cür məsələlər var. Ona görə, mən düşünürəm ki, bu məsələdə birbaşa dövlətin müəyyən bir müddət ərzində konkret dəstəyi lazımdır. Avtobus parkı tamamilə yenilənməlidir.

Ondan sonra bu cür artımlar, bu cür yanaşmalar tətbiq etmək olar. İndi də tətbiq ediblər. Mən anlayıram, ictimai nəqliyyat belədir ki, dövlət dotasiyasıyla ayaq üstdə tam qala bilmir.

Dotasiyalar da nədir? Elə bir güclü dotasiya yoxdur. Subsidiyaların ayrılması lazımdır, maliyyə dəstəyi göstərilməlidir geniş şəkildə. Artırılan 10 qəpiklə biz gözləyiriksə ki, avtobus parkı tez bir zamanda düzələcək, bu, mümkün deyil.

Daşıyıcı şirkətlər də həvəslənməlidir, bu işdə dövlətin onların arxasında durduğunu görməlidir və avtobus parkını yeniləyib özünü bu sahədə daimi bir iş adamı kimi görməlidir. Yoxsa indi bəzi sahibkarları görürük, bəlkə də beziblər. Ümumiyyətlə, bəlkə də çoxu yaxşı imkan düşən kimi avtobuslarını satıb, gedib başqa bir işinə məşğul olmağı düşünür, nəinki, daşıyıcı funksiyasını yerinə getirmək.

Yəni, çox əziyyətlidir. Əvvəlki dövr deyil, əvvəl köhnə avtobuslarla işləyirdilər, ağıllarına gələn məbləği təyin edirdilər. Aylıq, günlük hesab yığırdılar avtobuslardan və yaxşı da qazanırdılar. İndi elə şərtlər var ki, onlar bu pulu qazana bilmirlər. Əziyyət çəkilirlər və tələb də qoyulur ki, təzə avtobus alın. Təzə avtobusla da qiymət başa-baş gəlmir. Sahibkara necə deyəsən ki, yarım milyon manat verib avtobus almısan, amma 50 qəpiyə, 60 qəpiyə sərnişin daşımalısan. Adam deyir, mən bu 50-60 qəpiyə nə vaxta pulu çıxaracağam, yarım milyon manatı mən nə vaxt geri ala biləcəm ki, hələ özümə də xeyir qalsın. Məsələ budur. Ona görə burada dövlətin böyük dəstəyinə ehtiyac yaranır. Ancaq bu 10 qəpiyliyi artımı da hər halda müəyyən bir dəstək olacaq. Çünki əvvəlki 10 qəpiklik artımdan sonra avtobus parkında bir xeyli dəyişiklik baş verdi. Demək ki, sahibkarlar bu artım nəticəsində müəyyən qazanc əldə edib yeni avtobuslar ala bildilər”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see294

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see123

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see121

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri