Dizelin bahalaşmasından sonra aqrar sektor və yükdaşımalar da bahalaşma qaçılmazdır” Natiq Cəfərli
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40 faiz (məhsul növündən asılı olaraq) paya malikdir. Yükdaşımaların maya dəyərində isə 20-25 faiz dizelin payına düşür. Dizelin bahalaşmasından sonra aqrar sektor və yükdaşımalar da bahalaşma qaçılmazdır”.
Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, dünyanın bir çox ölkələrində aqrar sektorda çalışan fermerlərə dizel güşəştlə satılır. Məsələn, qonşu Türkiyədə fermerlər üçün “mazot” (yəni dizel) dəstəyi edilir. Çəltik əkən fermer işlətdiyi hər litr dizelə görə 25 lirə, zeytunla məşğul olanlar hər litrə 10,9 lirə, noxud əkən isə hər litrə görə 7,5 lirə dövlətdən dəstək alıb:
“Azərbaycan qonşu Türkiyənin təcrübəsindən istifadə edə və fermerlərə dəstək göstərilə bilər”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 08 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















