Icma.az
close
up
RU
“Hökumət yığışıb benzin dizelin qiymətini, heç olmasa, 10 15% ucuzlaşdırmalıdır...” Natiq Cəfərli

“Hökumət yığışıb benzin dizelin qiymətini, heç olmasa, 10 15% ucuzlaşdırmalıdır...” Natiq Cəfərli

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda son illər hər yeni ilin özü ilə yeni bahalaşma, cərimə və vergi artımları gətirməsi təəssüf ki, adi hal alıb. Bu baxımdan gələn il ölkədə kommunal xidmətlərin, eləcə də benzin və dizelin bahalaşacağına dair müxtəlif proqnozlara rast gəlinir.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı maraqlı paylaşım edib. O, yazır: “Son günlər Azərbaycanda qələm əhli, dəyərli jurnalistlər tez-tez sual verirlər ki, 2026-cı ildə ölkədə benzin-dizel qiymətləri artacaq, ya yox?!

Dəyərli dostlar, Azərbaycanda Aİ92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir, qiymət təyin edəndə dünya bazarı, məntiq nəzərə alınmır, ancaq hökumətin öz “məntiqi” işləyir. Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb, analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir.

Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin barreli 86 dollar idi.

Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı nefrin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır. Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir.

Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa özləri-öz məntiqlərinə hörmət edirlərsə, bir az ucuzlaşdırmalıdır. Amma edəcəkmi, ucuzlaşma olacaqmı – inanmıram. Bahalaşdıra bilərlərmi – bəli, buna inanıram, çünki bizim bildiyimiz, anladığımız məntiqlə, hökumətin, əsas da hüquqşünas olan iqtisadi blok nazirlərinin “məntiqi” eyni deyil...”

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri