Dmitri Peskov: Araşdırmanın nəticələrindən əvvəl fərziyyələr irəli sürmək düzgün olmaz AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Moskva, 26 dekabr, AZƏRTAC
Kreml Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyə irəli sürməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda araşdırma aparılır, hər hansı aviasiya hadisəsi ixtisaslaşmış aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Bu araşdırmanın sonunu gözləmək lazımdır”, - deyə Kreml nümayəndəsi bildirib.
“Araşdırmanın nəticələrindən əvvəl hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. Biz də təbii ki, bunu edə bilmərik və bunu heç kim etməməlidir”, - deyə o vurğulayıb.
Peskov xatırladıb ki, bir gün əvvəl MDB-nin qeyri-rəsmi sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















