Peskov: İstintaq başa çatana qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə fərziyyələr irəli sürmək düzgün deyil
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Kreml istintaq başa çatana qədər AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması səbəbləri barədə fərziyyələr irəli sürməyi düzgün hesab etmir.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada keçirilən brifinqdə təyyarənin atəşə tutulması barədə məlumatlara Kremlin münasibətinə dair jurnalistlərin sualını belə cavablandırıb.
"İstintaqın nəticələrinə qədər hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. Əlbəttə ki, biz bunu etməyəcəyik və heç kim də bunu etməməlidir. İstintaqın başa çatmasını gözləmək lazımdır", - D.Peskov deyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















