Icma.az
close
up
RU
Dnestryanı bölgə Macar sxemi ilə Rusiya qazı almağa başladı

Dnestryanı bölgə Macar sxemi ilə Rusiya qazı almağa başladı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dnestryanı bölgə cümə günü macar şirkətindən qaz almağa başlayıb və bu prosesi "Moldovaqaz" vasitəçiliyi ilə həyata keçirir. Qazın ödənişi isə Rusiya krediti hesabına edilir.  

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmamış regionun lideri Vadim Krasnoselski məlumat verib.  

Krasnoselski öz Telegram kanalında Dnestryanı bölgənin Rusiya kredit vəsaiti hesabına qaz aldığını açıqlayıb və Rusiyaya bu yardıma görə təşəkkür edib.  

"Bu gün Dnestryanı bölgəyə qaz daxil oldu. Bu tədarük Rusiyanın kredit yardımı və Rusiya Federasiyası Energetika Nazirliyinin komandasının dəqiq və əlaqələndirilmiş işi sayəsində mümkün oldu. Şəxsim və hər bir Dnestryanının adından bu qurumun mütəxəssislərinə və Rusiya rəsmilərinə çətin enerji vəziyyətində göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm", – deyə Krasnoselski yazıb.  

Bundan əvvəl, 13 fevralda macar MET Gas and Energy Marketing AG şirkəti 14 fevral 2025-ci ildən etibarən Dnestryanı bölgəyə qaz tədarükünə başlayacağını açıqlayıb. Newsmaker-in məlumatına görə, şirkət bəyan edib:  

"Qısamüddətli elana əsasən, qaz tədarükü sabah, 14 fevral 2025-ci ildə başlayacaq. Ölkənin enerji təhlükəsizliyinə töhfə verən bir razılığa gəldiyimiz üçün məmnunuq. Bu nailiyyət yalnız Aİ ölkələri, Ukrayna və Moldovanın qaz nəqliyyat sistemləri operatorlarının həlledici töhfəsi sayəsində mümkün oldu".  

Bundan əvvəl bildirilmişdi ki, Dnestryanı bölgəyə qaz tədarükü üçün macar şirkəti qismən Ukraynanın qaz nəqli sistemindən istifadə etməli olacaq.  

Xatırladaq ki, 10 fevraladək Dnestryanı bölgə qazı Avropa yardımının ilk tranşı hesabına alırdı. Lakin daha sonra Avropa İttifaqının növbəti yardımını qəbul etməkdən imtina edərək, Rusiyanın verdiyi kredit vəsaiti ilə qaz alacağını bəyan etdi.  

11 fevralda "Moldovaqaz” Dnestryanı bölgənin qaz nəqli sisteminin sabit işləməsini təmin etmək üçün bölgəyə 3 milyon kubmetr qaz "borc" verib. 12 fevralda isə məlum olub ki, "Moldovaqaz” "Tiraspoltransqaz” tərəfindən ödənilmiş avans hesabına Rumıniya birjasından Dnestryanı bölgə üçün 2,59 milyon kubmetr qaz alır.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri