Icma.az
close
up
RU
Rusiya Dnestryanı itirir..?

Rusiya Dnestryanı itirir..?

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva öz kuklalarını enerji ilə təmin edə bilmir...

...1990-cı ildə Rusiyanın dəstəyi ilə Moldovadan ayrılan Dnestryanı getdikcə Moskvaya dəstəyini itirir.

SİA-nın məlumatına görə, CEPA yazır ki, Kremlin yanvar qaz böhranına zəif reaksiyası və regionun Avropa İttifaqı ilə ticarətdən artan asılılığı Moldova ilə reinteqrasiya dəstəyini artırıb.

2024-cü ilin payızında keçirilən sorğuya əsasən, Dnestryanı sakinlərin 45 faizi birləşməyə, 38 faizi isə əleyhinə səs verib. Vəziyyət Moskvanın enerji təchizatını təmin etməməsi ilə daha da pisləşib.

...“Qazprom”un yardımı yalnız bir aydan sonra çatdı, Kişinyov isə dərhal üç milyon kubmetr qaz ötürdü, Avropa İttifaqı isə 30 milyon avro ayırdı. Bölgənin lideri Vadim Krasnoselski əvvəllər ağlasığmaz olan dəstəyə görə Brüsselə təşəkkür edib.

Bu gün Dnestryanı ixracının 77 faizi Avropa İttifaqına gedir, Rusiya ilə ticarət isə demək olar ki, iflasa uğrayıb.

Kremlin təbliğat üstünlüyü də sarsılıb: Tiraspol qazın Moldova ərazisindən nəqli müqabilində güzəştə getməyə məcbur olub – siyasi məhbusları azad edib, 11 nəzarət-buraxılış məntəqəsini yığışdırıb və Moldova-1 milli telekanalının yayımına icazə verib.

Bu fonda Moldova sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə hazırlaşır və bu, ölkənin təkcə avropayönlü kursunu yox, həm də Dnestryanı ilə birləşmə perspektivlərini sınaqdan keçirəcək.

Sorğular göstərir ki, Moldovanın özündə vətəndaşların 74 faizi Rusiyaya mənfi, 90 faizi isə Avropa İttifaqına müsbət münasibət bəsləyir.

Bu arada Moskva rusiyayönlü siyasətçiləri, o cümlədən Moskvadan kampaniya aparan qaçaq oliqarx İlan Şoru dəstəkləməkdə davam edir.

Lakin Kremlin müttəfiqlərini qoruya bilməməsi və iqtisadi zəifliyi onun təsirini zəiflədə bilər.

Dnestryanıda əhval-ruhiyyənin dəyişməsi Kişinyov və Avropa İttifaqı üçün fürsət pəncərəsi açır.

İqtisadi inteqrasiya, yeni infrastruktur layihələri və alternativ informasiya mənbələrinə çıxış tədricən regionun Moldova ilə sülh yolu ilə birləşməsi üçün zəmin hazırlaya bilər.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri