Icma.az
close
up
RU
Dnestryanı bölgədən əsən küləklər Kişinyovda narahatlıq yaradır TƏHLİL

Dnestryanı bölgədən əsən küləklər Kişinyovda narahatlıq yaradır TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş sovetlər birliyi daxilində olmuş bugünkü dövlətlərin demək olar ki, hamısı bu və digər formada qonşu dövlətlərlə münaqişəli vəziyyətdə olub. Belə arzuolunmaz ağır vəziyyəti təbii ki, özünü sonradan SSRİ-nin varisi elan etmiş Rusiya yaradıb. Məhz Rusiyanın siyasi, hərbi dəstəyi ilə bir respublika digər dövlətin ərazisini işğal edib. Həmin zərər görmüş ölkələrdən biri də Azərbaycan olmuşdur. 30 il Rusiyanın dəstəyi, Qərb ölkələrinin maliyyə və digər yardımları ilə Ermənistan Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal altında saxlamışdır. Yalnız 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlarla Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyi bacardı. Bu gün Azərbaycan postsovet ölkələri arasında yeganə dövlətdir ki, ərazi bütövlüyünü və suverenlyini tam təmin edib. Digər münaqişəli durumda olan dövlətlər isə hələ də problemin həlli üçün çıxış yolları arayırlar. Onlardan bir də Moldovadır. Daxilində formalaşmış Dnestryanı bölgə Moldavanın mərkəzi hakimiyyətinə tabe olmaqdan imtina edir. Hakimiyyət uzun illərdir ki, Dnestryanı bölgənin xunta rejimini sülh yolu ilə yola gətirməyə çalışsa da, Rusiyanın fəal müdaxiləsi nəticəsində bütün cəhdlər uğursuzluğa düçar olur. Moldova iqtisadi, siyasi, hərbi cəhətdən zəif dövlət olduğundan problemi hərbi yolla aradan qaldıra bilmir. Güvəndiyi Rumıniya dövləti də bir qədər geniş imkanlara malik deyil. Ona görə də, Moldova çıxılmaz durumdadır.

Bessarabiya torpaqlarında yaradılmış Moldova

Moldova çayının adından götürülən Moldova dövləti Şərqi Avropada dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın əhalisinin sayı 3, 5 milyon nəfədir. Hələ sovetlər birliyi dövründə Moldovanın Dnestr çayından şərqdəki ərazilər separatçılar tərəfindən zəbt olunuraq özlərinə oyuncaq dövlət -tanınmamış Dnestryanı Moldov Respublikası yaradıblar. Mərkəzi hakimiyyət dəfələrlə separatçılara qarşı əməliyyatlar keçirib. Ən böyük əməliyyat 1992-ci ilin yayında Bender və Dubossar şəhərləri ətrafında gedən döyüşlər hesab olunur. O zaman iki tərəfdən 700-dək itki qeydə alınıb. Ölənlərin 300 nəfəri Moldovanın, 400 nəfəri isə Dnestryanının payına düşür. Bir həftə davam edən döyüşlər zamanı Bender və Dubossar əhalisinin bir hissəsi evlərini tərk edərək Ukraynaya qaçıb. O vaxt Dnestryanı da dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu general Lebedin rəhbərliyi ilə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. 1992-ci il iyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb. İmzalanma mərasimində Dnestryanı separatçılarının lideri İqor Smirnov da iştirak edib. Bunun ardınca Ukraynaya getmiş qaçqınlar öz evlərinə dönüblər.

Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Razılaşmaya görə, Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi bölgədə təhlükəsizliyi təmin etməlidirlər. Ancaq bölgədəki separatçılar Moskvanın diktəsi ilə Kişnoyova qarşı meydan oxuyurlar. Dəfələrlə ATƏT, AŞPA, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya münaqişənin həlli üçün cəhdlər göstərib, bu yöndə qətnamələr, qərarlar qəbul ediblər. Lakin istəklər baş tutmayıb.Bu gündə münaqişəli vəziyyət hökm sürməkdədir. Dəfələrlə AŞP, Avropa İttifaqı, eləcə də Moldova parlamenti Rusiyanın Dnestryanı bölgədən ordusunu çıxarmasına dair qətnamələr qəbul ediblər. Ancaq rəsmi Moskva heç bir çağırışa və qəbul edilən qətnamələrə əməl etmir. Əksinə, Dnestryanı bölgədə mövqelərini daha da möhkəmləndirir.

Moldovada hər an daxili qarşıdurma yarana bilər

Rəsmi Kişinyovun Dnestryanı bölgədə separatçılığın daha da güclənərək bütün ölkəyə yayıla biləcəyindən narahatdır. Çünki Ukrayna müharibəsi Rusiyanın ətraf ərazilərdə geniş təxribatçı qruplar formalaşdırmaqla ABŞ-ın və Qərbin başını həmin yeni yaranan münaqişə ocaqlarına cəlb etməyə çalışır. Hakimiyyət, xüsusilə prezident Maya Sandu xalqın dəstəyinə arxalansa da, ölkədə tam nəzarəti ələ ala bilmir. Ona bunu rusmeyilli qüvvələrin sayının çox və güclərinin müəyyən qədər yüksək olması mane olur. Təşkil edilən aksiyaların böyük hissəini rusmeyilli qüvvlər təşkil edirlər. Ölkədəki müxaliflərin iddialarına görə, Moldovada yoxsulluq artır, iqtisadi tənəzzül sürətlə genişlənir: “Moldova Dəmir Yolları” Dövlət Müəssisəsində maaşların ödənilməsində 6 aylıq gecikmələr strateji obyektlərin stabil fəaliyyətini təmin edə bilmədiyini göstərir. Giurgiulesti beynəlxalq azad limanı itirilib. Dövlət onu geri qaytarmaq üçün addım atmadı. İndi hər kəs limanda pul qazana bilər, Moldova yox. Ukrayna ilə dəniz nəqliyyatının bağlanması ilə əlaqədar bütün yük gəmiləri Giurgiulestidən keçir. Moldovanın dənizə yeganə çıxışı hərbi məqsədlər üçün istifadə edilə bilər.

Keçmiş prezident Vladimir Voronin iddia edir ki, limandan çox güman ki, Rumıniya deyil, regional hərbi böhran kontekstində NATO istifadə edəcək."PCRM dövründə dövlət limanı sırf büdcə vəsaitləri hesabına tikib: “Büdcədən limana aparan magistral və dəmir yolunun tikintisi də ödənilib. Bu obyektin tikintisində heç bir borc puldan istifadə olunmayıb. İşin maliyyələşdirilməsində nə Avropa Yenidənqurma və İnkişaf Bankı, nə kommersiya bankları, nə də beynəlxalq fondlar iştirak ediblər”.

Moldovada hakimiyyət-müxalifət qarşdıurması

Moldova prezidenti M.Sanduya qatı müxalifətçi, MNIMA MOLDOVEİ Respublika Partiyasının lideri İrina Vlah bildirib ki, hakimiyyət hər gün onlara hücum edir, onları susdurmağa çalışır: “Amma biz təslim olmuruq və bu, PAS rəhbərlərini hiddətləndirir. Biz sakitliyimizi qoruyuruq, çünki həqiqətin bizim tərəfimizdə olduğunu bilirik. Onların metodları nə qədər aqressiv olsa, Moldovanı saralmış əsarətdən azad etmək istəyimiz bir o qədər güclənmir".

Onun sözlərinə görə, polis partiyanı insanlarla və heç bir əlaqəsi olmayan bank əməliyyatları ilə əlaqələndirməyə çalışan "cinayət sxemi" təşkil edib: “Dünən bizi gözdən salmaq və gələcək təxribatları hazırlamaq üçün yaradılan yeni sxem haqqında danışdıq. Dorin Resianın məni nüfuzdan salmaq üçün vəzifəsindən və dövlət resurslarından necə istifadə etdiyini göstərdik, onun məsuliyyətə cəlb olunmasını tələb edərək MSK-ya şikayət verdik. Bu gün biz növbəti addımı atırıq – İdarələrarası Nəzarət Şurasının absurd qərarına məhkəmədə etiraz edirik, qarşıdakı günlərdə mənə qarşı sanksiyalarla bağlı yeni addımlar atacağıq. “Sarıların” bizə qarşı yönəltdiyi bütün çirkinlikləri ifşa edəcəyik, biz sübut edəcəyik ki, mənə və həmkarlarıma qarşı bu cinayət sxemlərinin müəllifləri gec-tez məhkəməyə müraciət edəcəklər”.

Müxalifətçi partiya sədri hesab edir ki, onların təşkil etdikləri mitinqlərdə insanların sayının az olması, hakimiyyətin sifarişləridir: “Bəli, on minlərlə, yüz minlərlə insan repressiyalara, bahalığa etiraz etməyə, siyasi məhbuslara dəstək aksiyalarına çıxmır. Bunun səbəbləri var. Polisin vəhşiliyini, yolları bağlamağı, hətta yoldan keçənləri və animatorları belə saxlamağı, dinc nümayişləri dağıtmağı nəzərə alsaq, müxalifət hakimiyyətdən fərqli olaraq cəmiyyətdə gərginlik yaratmaq məqsədi daşımır”.

Moldova Avropa İttifaqının qapısı önündə gözləyir

Moldovanlar hesab edirlər ki, ölkə Avropa İttifaqının bərabıər hüququqlu üzvü olarasa əhalinin sosial rifahı yaxşılaşar və yeni iş yerləri yaradılar. Elə bu niyyətlədə ötən ilin oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum keçirlmişdir. Avropa inteqrasiyası lehinə seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu. Müsbət rəylə çıxış edənlərin addımları ilə barışmayan müxaliflər bir neçə seçki məıntəqində təxribatlar törətmişlər. Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının prezident seçkilərinin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi avropalı deputatlar Moldovanın Aİ-nin üzvlüyünün əleyhinədirlər. Avropa Parlamentinin fransalı deputatı Thierry Mariani Avropa Parlamentinin iclası zamanı seçkilər ərəfəsində 1,8 milyard avro kredit vəd edən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin də daxil olduğu yüksək səviyyəli avropalı siyasətçilərin Kişinyova səfərlərini, həmçinin Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tuskun səfərlərini tənqid edib. Marianinin sözlərinə görə, bu cür hərəkətlər Moldova seçicilərinə birbaşa siqnaldır: “Sanduya səs verin - Avropa pulunu alın”. Onun sözlərinə görə, Moldovanın daxili işlərinə müdaxilə, o cümlədən Avropa Parlamentinin daxilindən gələn müdaxilə pislənməlidir.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see200

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see199

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see197

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see195

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see189

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see178

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see153

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see139

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see128

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see126

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see124

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri