Icma.az
close
up
RU
DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm FOTO

DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub.
Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub".
Bizim.Media xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib.
Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib.
"Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.
Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi.
Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib".
Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:
"Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi, dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar məcbur mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildirk. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb".
N.Əliyev bir müddət əvvəl verdiyi müsahibə ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, insanlar onun pul qarşılığında belə açıqlama verdiyini düşünüb:
"Hamı elə bilir hər şey şoudur, uşağın atası isə başqa adamdır. Hətta çoxları yazır ki, uşağın atasının kimliyini bilirlər. Hamıya bildirmək istəyirəm ki, bizim evliliyimiz həqiqidir. Biz bir ailə olaraq yaşamışıq, əminəm ki, uşaq mənimdir. Bütün şübhələri yox etdrmək üçün mən DNT analizi edəcəyəm. Bunun cavabını isə mediada açıqlayacağam. Sadəcə, indi ən əsas məqam uşağın və Razinin sağlamlığıdır. Uşaq xəstəxanadan çıxan kimi bununla məşğul olacağam".
Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:
"Hələ yox. Məhkəmənin birinci iclası bu ayın 25-nə təyin edilib. Məncə, uşaq Razidən ağıllıdır, qanuni nikahdan doğulmaq istəyib (gülür). Ümid edirəm ki, uşağın anadan olmasını nəzərə alaraq məhkəmə bizi boşamaz. Çünki Razi xanımın boşanmaqda tələsməyinin yeganə səbəbi məni uşaqdan ayırmaqdır. Mənim isə tək istəyim uşağımı böyütmək və ona lazımi tərbiyəni verməkdir. Onun ilk addımlarını görmək, sözlərini eşitmək istəyirəm. Hər zaman övladımın yanında olacağam və çalışacağam düz mühitdə böyüsün".
Qeyd edək ki, Razi və Nicat ayrılıb. Nicat Razinin boşanmaq üçün iki vəkil tutduğunu deyib.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri