Icma.az
close
up
RU
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” FOTO

“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” FOTO

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub”.

Publika.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib.:

“Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.

Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi. Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib”.

Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:

“Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi, dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar məcbur mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildirk. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb”.

Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:

“Hələ yox. Məhkəmənin birinci iclası bu ayın 25-nə təyin edilib. Məncə, uşaq Razidən ağıllıdır, qanuni nikahdan doğulmaq istəyib (gülür). Ümid edirəm ki, uşağın anadan olmasını nəzərə alaraq məhkəmə bizi boşamaz. Çünki Razi xanımın boşanmaqda tələsməyinin yeganə səbəbi məni uşaqdan ayırmaqdır. Mənim isə tək istəyim uşağımı böyütmək və ona lazımi tərbiyəni verməkdir. Onun ilk addımlarını görmək, sözlərini eşitmək istəyirəm. Hər zaman övladımın yanında olacağam və çalışacağam düz mühitdə böyüsün”.

N.Əliyev bir müddət əvvəl verdiyi müsahibə ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, insanlar onun pul qarşılığında belə açıqlama verdiyini düşünüb:

"Hamı elə bilir hər şey şoudur, uşağın atası isə başqa adamdır. Hətta çoxları yazır ki, uşağın atasının kimliyini bilirlər. Hamıya bildirmək istəyirəm ki, bizim evliliyimiz həqiqidir. Biz bir ailə olaraq yaşamışıq, əminəm ki, uşaq mənimdir. Bütün şübhələri yox etdrmək üçün mən DNT analizi edəcəyəm. Bunun cavabını isə mediada açıqlayacağam. Sadəcə, indi ən əsas məqam uşağın və Razinin sağlamlığıdır. Uşaq xəstəxanadan çıxan kimi bununla məşğul olacağam".

Qeyd edək ki, Razi və Nicat ayrılıb. Nicat Razinin boşanmaq üçün iki vəkil tutduğunu deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://publika.az
archiveBu xəbər 23 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri